Komediya serialı gözləntiləri doğrultmadı: Final edir
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin “ATV” kanalının “Aile Saadeti” serialının aqibəti bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, ekran işinin davam etdirilməməsinə qərar verilib.
Layihə 13-cü bölümü ilə final edəcək. Buna səbəb komediya serialının reytinqlərdə gözləntiləri qarşılaya bilməməsi olub.
“Aile Saadeti” uzun müddət sonra çəkilən ilk komediya serialı olsa da, izləyicilərin maraq dairəsi dəyişdiyindən rəqiblərinin olmadığı günlərdə belə yüksək reytinqlər əldə edə bilməyib.
Bu isə finalı qaçınılmaz edib. Bununla da yay aylarında başlayıb yayımını davam etdirən hansısa serial qalmayıb.
Qeyd edək ki, “Aile Saadeti”ndə Buse Meral, Burak Dakak, Hakan Yılmaz, Vildan Atasever, Fatih Al və Esra Kızıldoğan kimi məşhurlar rol alır.
Elmir
“Cebheinfo.az”


