Icma.az
close
up
RU
“Komendantlıq ləğv edilməlidir” Bina idarəçiliyində köklü dəyişiklik çağırışı

“Komendantlıq ləğv edilməlidir” Bina idarəçiliyində köklü dəyişiklik çağırışı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çoxmərtəbəli yaşayış binalarında kommunal xidmət haqqının toplanması binanın komendantı tərəfindən icra olunur. Lakin sakinlər daim narazılıq edirlər ki, yığılan pulun hara, necə xərcləndiyini bilmirlər, komendantlar onlara bu barədə məlumat vermir.

Ümumiyyətlə məlumat verməkdən boyun qaçıran, bunu özünə vəzifə bilməyən komendantlar da var. Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki “Akkord” binaları kimi tanınan yaşayış kompleksinin sakinləri elə bununla bağlı narazılıqlarını bildirmişdilər. Komendatlıq “üsuli-idarəsi” niyə mövcuddur və nəyə xidmət edir? Onu da qeyd edək ki, yaxın zamanda komendantlıqların ləğv ediləcəyi xəbəri mediada yayılıb. Bildirilir ki, binanın komendantı kimi qeyri-rəsmi qurum ləğv edilməli, sakinlərin iştirakı ilə Mənzil-Müştərək Cəmiyyəti yaradılmalıdır. 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda binaların idarə olunmasında iki qurum iştirak edir. Biri binanı tikən MTK-lar, digəri isə Mənzil İstismaq Sahələridir: 

- MİS-lər ömrünü başa vurmuş, amma hansısa naməlum səbəblərdən hələ də saxlanılan idarədir. Əsasən də sovet vaxtı tikilən yaşayış binalarının idarə olunmasına nəzarət edirlər. Əsasən də təmizlik işlərinə baxırlar. Küçələrin, parkların təmizliyinə hər inzibati rayonun kommunal təsərrüfatı idarələri baxır. Yeni yaşayış komplekslərində isə vəziyyət fərqlidir. Bina tikilib istifadəyə verilən kimi MTK rəhbəri ora komendant təyin edir. Komendantın vəzifəsi binanın mühafizəsini, kommunal problemləri həll etməkdir. Mühafizə sistemi quraşdırılır, binanın təmizliyi, işıqlandırılması, qaz, su, elektrik enerjisi ilə təminatı icra olunamlıdır. Buna görə sakinlərdən kommunal xidmət haqqı toplanır. Hər binada bu məbləğ müxtəlif ola bilər. Mənzillərin kvadraturasından asılı olaraq qiymət dəyişə bilər. Amma məsələ bundadır ki, komendant sakinlərə hesabat verməlidir. Sakin pul ödəyirsə, onun haera xərcləndiyini də bilməlidir. Əslində, komendantlıq idarə forması ləğv edilməlidir. Sakinlərin tam hüququ çatır ki, binanın idarə olunmasında iştirak etsinlər. Sakinlər özləri fəal olmalı, Mənzil-Müştərək Cəmiyyəti formalaşdırmalıdırlar. Cəmiyyətin İdarə Heyəti sakinlər arasından seçilmıəli və idarəetmədə birgə iştirak etməlidirlər. O zaman kommunal xidmət haqqının toplanmasına da, hara xərclənməsinə də sakinlər özləri nəzarət edəcək və hər hansı çatışmazlığı aradan qaldıracaqlar. Amma təəssüf ki sakinlər bu məsələdə aktiv olmur, fəallıq nümayiş etdirmirlər. Komendant da istədiyini edir, hökmran kimi davranır. Mənzil Məcəlləsinə görə, 2 və daha çox mənzildən ibarət bina çoxmənzilli bina sayılır və həmin bina özünüidarə təşkilatları tərəfindən idarə olunmalıdır. Bu da Mənzil-Müştərək Cəmiyyətidir. Sakinlər toplaşıb bu cəmiyyəti formalaşdırmalı, Ədliyyə Nazirliyinə qeydiyyata alınmaq üçün müraciət etməlidirlər. Bundan sonra klomendata daha ehtiyac qalmayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri