Komissar: Ukraynanın tezliklə AB yə üzv olmasını istəyirlər
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Bir çox Avropa İttifaqına üzv dövlət Ukraynanın mümkün qədər tez Avropa Birliyinə (AB) üzvlüyünə qəbul olunmasını səbirsizliklə gözləyir. Bu barədə Qonşuluq və Genişlənmə üzrə AB komissarı Marta Kos AB Şurasının iclasından əvvəl keçirilən brifinqdə bildirib.
Reyting.az xəbər verir ki, brifinq zamanı komissardan Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin 2027-ci ilə qədər Avropa İttifaqına qoşulması arzusunun gerçəkləşəcəyinə inanıb-inanmadığı soruşulub.
“Bəli, bu, təkcə onun deyil, həm də mənim və bir çox üzv dövlətlərin arzusudur. Amma bunun nə vaxt mümkün olacağını görəcəyik”, - deyə Kos qeyd edib.
O, üzvlük prosesinin fundamental islahatların həyata keçirilməsindən asılı olduğunu xatırladıb: “Əks halda, ölkə nə demokratik, nə də iqtisadi cəhətdən inkişaf etməyəcək”.
Komissar əlavə edib ki, Ukraynanın Avropa İttifaqına mümkün qədər tez inteqrasiyasını təmin etmək üçün Brüsseldə bir çox üzv dövlət və qruplarla iş aparılır.
Marta Kos həmçinin bildirib ki, AB Ukraynada sülhün təmin olunmasına Birliyin necə töhfə verə biləcəyini də müzakirə edəcək.
ELÇİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















