Icma.az
close
up
RU
Komitə nümayəndəsi: “Erkən nikah uşaqlığın və təhsilin əlindən alınmasıdır”

Komitə nümayəndəsi: “Erkən nikah uşaqlığın və təhsilin əlindən alınmasıdır”

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şamaxıda erkən nikah cəhdinin qarşısı alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında polis əməkdaşları dərhal hərəkətə keçib. Nəticədə azyaşlının nişan mərasimi baş tutmayıb, valideynlər isə inzibati məsuliyyətə cəlb olunub.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu kimi hallara qarşı ictimai məsuliyyət artırılmalıdır:

“Məlumata görə, nənə azyaşlı nəvəsini xarici vətəndaşla evlənməyə məcbur edib. Daxil olan siqnal dərhal hüquq-mühafizə orqanlarına ötürülüb və polis əməkdaşlarının müdaxiləsi nəticəsində erkən evlilik baş verməyib".

Onun sözlərinə görə, erkən nikah uşaqların hüquqlarını ciddi şəkildə pozur:

“Unutmayaq ki, erkən nikah uşaqlığın, təhsilin və sağlam gələcəyin əlindən alınması deməkdir. Bu cür addımlar gənclərin psixoloji, sosial və fiziki inkişafına ciddi zərər vurur".

T.Mərdanoğlu əlavə edib ki, məsələ yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin üzərinə məsuliyyət qoyur:

“Cəmiyyət olaraq hər birimiz övladlarımızı erkən nikahdan qorumalıyıq. Qızların və oğlanların uşaq yaşda deyil, yetkin və müstəqil olduqları zaman öz seçimləri ilə ailə qurması onların ən təbii haqqıdır".

Komitə nümayəndəsi valideynləri xəbərdar edib ki, azyaşlıların evliliyə cəlb olunması qanunla qadağandır və belə hallara qarşı qəti tədbirlər görüləcək.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri