Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir Azərbaycanda “Aİ 95” istehsal edilib?
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin ilk yarısında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, istehsal olunan avtomobil benzininin 98,7%-i və ya 667,3 min tonu “Aİ-92” markalı, 1,3%-i və ya 8,8 min tonu isə “Aİ-95” markalı benzin olub.
Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısı üçün açıqladığı rəsmi statistikada qeyd olunub ki, ötən ilin ilk yarısında da ölkədə 6,2 min ton “Aİ-95” markalı benzin istehsal edilib.
Lakin, qeyd edək ki, Komitənin əvvəlki hesabatlarında bu barədə məlumat açıqlanmayıb. Ötən ilin ilk yarısında açıqlanan hesabatda “Aİ-95” markalı benzinin istehsalı ilə bağlı heç bir məlumat olmayıb. Eyni zamanda ötən ilin yekunları və bu ilin ilk rübü ilə bağlı hesabatlarda da Komitə “Aİ-95” markalı benzinin istehsalı barədə məlumat verməyib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda Aİ 95 benzini istehsal olunmayacaq
03 Noyabr 2025 18:45
Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub
21 Yanvar 2025 17:48
Ötən il Azərbaycanda vəhşi heyvan və quş növlərinin sayğı nəticələri qənaətbəxş olmayıb
19 Dekabr 2024 16:11
Ötən il Azərbaycanda tikilən evlərin sayı məlum olub
11 Fevral 2025 16:05
Ötən il Azərbaycanda hotellərdə gecələyənlərin sayında azalma olub
15 Yanvar 2025 15:40
Baxış sayı:80
Bu xəbər 12 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















