Komitə sədri BMT nin Sivilizasiyalar Alyansının 11 ci Qlobal Forumunda iştirak edəcək
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 14-15 dekabr tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək.
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil ediləcək 11-ci Qlobal Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.
Forumda “BMTSA: İnsanlıq naminə iki onillik dialoq – çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması” mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
XQ
Baxış sayı:17
Bu xəbər 11 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















