Icma.az
close
up
RU
Komitə sədri bölgələrdəki həkim çatışmazlığından danışdı

Komitə sədri bölgələrdəki həkim çatışmazlığından danışdı

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Gələn il səhiyyə üzrə daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bu proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və daha 4 klinik sahəni əhatə edəcək. Bununla da İTS ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan da biri onkologiyadır. Bu proqramların da sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

Komitə sədri bildirib ki, əhalinin tibbi sığortadan gözləntilərindən biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır: "Milli Məclis bu məsələ ilə bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişikliklər edib. İnanıram ki, xəstələrin səbrsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq. Əhalini narahat edən digər məsələ onlara göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük qismi istifadəyə yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var".

Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Biz sizinlə bu barədə danışmışdıq, tibbi sahədə çox böyük islahatlar gedir. Dediyiniz məsələlər, həkimlərin çatışmazlığı və s. böyük paket hazırlanır. Ümidvarıq ki, bu, çox yaxınlarda həyata keçəcək".

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri