Komitə sədri Səbinə Salmanovanı yubileyi münasibətilə təbrik edib
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Millət vəkili, komitənin üzvü Səbinə Salmanovanı əlamətdar yubileyi münasibətilə təbrik edib.
Fazil Mustafa Səbinə xanım Salmanovanın qanunvericilik fəaliyyəti, ictimai təşəbbüslərdə fəallığı və komitə işində konstruktiv mövqeyini yüksək qiymətləndirib. Bildirilib ki, onun dövlətçilik maraqlarına söykənən fəaliyyəti, ictimai birliklər və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq istiqamətində səyləri parlament işinin səmərəliliyinə önəmli töhfə verir.
Komitə sədri yubilyara möhkəm cansağlığı, ailə səadəti və ictimai-siyasi fəaliyyətində yeni uğurlar arzulayıb.
Səbinə Salmanova göstərilən diqqət və təbrikə görə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Fevral 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















