Icma.az
close
up
RU
Komitə sədri tənqidlərə cavab verdi: Qeyriciddi, qeyripeşəkar yanaşmadır

Komitə sədri tənqidlərə cavab verdi: Qeyriciddi, qeyripeşəkar yanaşmadır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

O bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

“200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

Komitə sədri vurğulayıb ki, böyük işlər görülən yerdə nöqsanlar da olacaq:

"Əsas odur iş var, vətəndaşa qayğı var. Burda səsələnən bəzi fikirlərə münasibət bildirmək lazımdır. Düzdür bəziləri qeyri-ciddi, qeyri-peşəkar fikirlərdir. Hər halda münasibət bildirmək lazımdır, çünki sosial şəbəkələr, saytlar var. Təəssüf ki, ayrı-ayrı jurnalistlərin də hamısı peşəkar deyillər, reytinq arxasınca qaçırlar, problemi dəyərləndirmək üçün mahiyyətə varmaq lazımdır. Özünüməşğulluq proqramı son illərdə bizim sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. O uğurlu layihəni nəinki vətəndaşlar, Azərbaycan siyasətçiləri, iqtisadçıları da öz həyatında hiss edir. Təkcə məşğulluq proqramı ilə bağlı nə qədər mükafatlarımız var"

O qeyd edib ki, özünüməşğulluq proqramı gələn il də daxil olmaqla, ümumilikdə 100 min ailəni əhatə edəcək: “Dünyada belədir ki, özünüməşğulluq layihəsi əgər son iki il ərzində 50%-in üzərindədirsə, baş tutmuş layihə sayılır. Azərbaycanda isə iki ilin göstəricisi 80%-in üzərindədir. Əlbəttə, 100 min adamın qoşulduğu prosesdə 1% xəta olarsa, bu, 1000 adam deməkdir. Biz bunu da qiymətləndirməliyik. O şikayətlərin hamısı araşdırılıb, faktlaşdırılır, videoçəkiliş aparılır. Əgər əldə fakt varsa, onu araşdırmağa göndərmək lazımdır. Amma böyük bir tribunadan qüsurların olduğunu söyləmək... Və o qüsurların da arxasında fakt yoxdur. Hesab edirəm ki, bu, qeyri-ciddi, qeyri-peşəkar, siyasi cəhətdən kamil olmayan yanaşmadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri