Icma.az
close
up
RU
Komitə sədri Yüksəliş müsabiqəsi ilə bağlı qadınlara çağırış edib

Komitə sədri Yüksəliş müsabiqəsi ilə bağlı qadınlara çağırış edib

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, müraciətdə deyilir: "Fatimə Əyyubun uğuru gənc qızların hər biri üçün növbəti ilham mənbəyidir...
Yüksəliş müsabiqəsi ölkəmizdə istedadlı, bacarıqlı və liderlik keyfiyyətlərinə malik gənclərin üzə çıxarılması və inkişafı məqsədilə yaradılmış ən nüfuzlu təşəbbüslərdən biridir. Bu müsabiqə təkcə bilik və bacarığın yox, eyni zamanda iradə, məsuliyyət və ictimai faydaya xidmət etmə istəklərinin qiymətləndirildiyi unikal bir platformadır.
Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqənin qalibləri sırasında yalnız bir qadının – Fatimə Eyyubun yer alması, bu reallığın fonunda böyük mənəvi əhəmiyyət daşıyır. Bu dəfə yalnız Fatimə təkcə müsabiqənin deyil, həm də cəmiyyətimizdə qadınların yüksəlişinin simvoluna çevrildi.
Qeyd edim ki,Fatimə Eyyub 2001-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavr,daha sonra ABŞ-nin Arizona Universitetində beynəlxalq ticarət və biznes hüququ ixtisası üzrə magistratura təhsili almışdır.
Peşəkar fəaliyyətini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi vəzifəsində davam etdirir. O,eyni zamanda vəkildir Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Hələ müsabiqənin final mərhələsində mentor kimi iştirak edərkən Fatimə ilə tanış olmaq və onun performansına birbaşa şahidlik etmək imkanım olmuşdu.
Ev tapşırıqlarını yerinə yetirərkən 6 nəfərin içərisində göstərdiyi yüksək məsuliyyət, dəqiqlik və təşəbbüskarlıq dərhal diqqətimi cəlb etmişdi. İştirakçılardan yalnız birinə 1 bal vermək imkanından onun xeyrinə istifadə etmişdim.
Nəticədə onun qalib olmasına görə və mənim də düzgün seçim etdiyimə görə çox sevincliyəm. Fatimənin cəsarəti, özünəinamı, qısa, məzmunlu və qətiyyətli cavabları, səliqəli və peşəkar görkəmi, təbəssümü və yaydığı pozitiv enerji onun necə güclü şəxsiyyət olduğunu göstərirdi.
Məncə o, bu qalibiyyəti ilə yalnız özünü deyil, bütün gənc qadınları təmsil etdi və özünün istədiyi kimi sübut etdi ki, kifayət qədər təcrübəli olmasda da qalib ola biləcəyinə şübhə doğuran bütün stereotipləri qırmaq, hədəflərə doğru irəliləmək, maneələri aşmaq və liderlik etmək onun kimi gənc qadınlar üçün də tam real və mümkündür.
Fatimənin uğuru, mənim üçün sadəcə bir sevinc mənbəyi deyil, eyni zamanda gələcəyə, yeni nəsil qadın liderlərin daha çox və sürətlə yetişəcəyinə olan inamımın möhkəmlənməsi oldu.
Çünki Yüksəliş müsabiqəsi qadınların liderlik mövqeyində daha fəal iştirakını təşviq edən önəmli bir platformadır və Fatimə Eyyub kimi gənclər bu yolda qazandıqları nailiyyətlərlə bizə göstərirlər ki, ölkəmizin gələcəyi güclü, savadlı və vətənə bağlı insanların əllərində formalaşır.
Fatimənin timsalında bütün qızlarımızı cəsarətli olmağa, öz bacarıqlarına inanmağa və yüksək hədəflər uğrunda əzmlə çalışmağa çağırıram".
AzVision.az Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 İyul 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri