Icma.az
close
up
RU
Kommunal borcları silinəcək? “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”

Kommunal borcları silinəcək? “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın kifayət qədər enerji resursları var. Onların hesabına büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən, qazın limiti ləğv olunmalıdır”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

O bildirib ki, Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib:

“Ölkə başçısı müxtəlif zamanlarda bu və bu kimi məsələlərlə bağlı humanist addımlar atıb. Əhalinin sosial müdafiəsi istiqamətdə belə bir neçə nümunə var. Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib.

Məncə, Azərbaycanın kifayət qədər enerji resursları var. Büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən qazın limiti ləğv olunmalıdır. Bizim kifayət qədər qaz ehtiyatmız var. Əsasən fərdi evlərdə yaşayanlar bundan olduqca əziyyət çəkirlər”.

Deputat Aqil Abbas isə qeyd edib ki, kommunal xidmətlərdən istifadə edən vətəndaşlar ödənişlərini vaxtında etməlidir:

“Belə bir məsələ müzakirə olunmayıb və inanmıram ki, belə bir məsələni Milli Məclis müzakirə etsin. İşıq işlətmisən, qaz işlətmisən, su işlətmisən, pulunu ver də. Yaxşı, deyək ki, borcu sildilər, bəs onda kommunal xidmətləri təmin edən qurumlar necə fəaliyyət göstərəcək? İşini necə quracaq?”

Xatırladaq ki, əhalinin böyük hissəsi kommunal xidmətlərə, xüsusilə qaz və işığa limitlrin qoyulması ilə razılaşmır. Bununla bərabər, kommunal xidmətin bu sahəsində amnistiya elan olunması fikrini səsləndirir.

Prezident İlham Əliyev 29 dekabr 2009-cu il və 8 aprel 2011-ci il tarixli fərmanları ilə əhalinin təbii qaz (327 milyon manat), habelə içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış (294.2 milyon manat) borclarının silinməsinə dair fərmalar imzalayıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 May 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri