“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
20 fevralda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi "Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov iştirak ediblər. Bununla yanaşı, toplantıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin digər altqurumları, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Azərişıq" ASC və digər dövlət qurumlarının nümayəndələri qatılıblar.
Görüş zamanı Dünya Bankı Qrupunun yeni "Business Ready” hesabatında "Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi” üzrə tələblər və qarşıda duran vəzifələr, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi üzrə tapşırıqlar və görülmüş işlərin statusu, kommunal xidmətlərə qoşulma üzrə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülmüş işlər və potensial imkanlar barəsində fikir mübadiləsi aparılıb.
İştirakçılar, həmçinin kommunal xidmət qurumlarında aparılan diaqnostikanın nəticələrini, Altqrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətini, Yol Xəritəsinin ilkin layihəsi üzrə təklifləri də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Fevral 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















