Icma.az
close
up
RU
Kommunallarla bağlı yeni tariflərə təpki: “Bu, əhalinin cibinə təcavüzdür”

Kommunallarla bağlı yeni tariflərə təpki: “Bu, əhalinin cibinə təcavüzdür”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Suyun, qazın və işığın tarifləri sayğacın göstəricisinə uyğun ödənilməlidir. Yeni tarif qaydalarını kim fikirləşib?! Mənim maşınım var, yanacaqdolduma məntəqəsində deyiləcək ki, benzin doldurdun-doldurmadın, pul verməlisən?! Bu necə bazar münasibətidir?”

Bu sözləri "Yeni Sabah"a açıqlamasında kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib.

Onun sözlərinə görə, tariflərin yeni qaydada hesablanması əhalinin cibinə təcavüz etmək deməkdir:

“Bu təkliflər Prezidentin göstərişlərinə, fərmanlarına, sərəncamlarına daban-dabana ziddir. Dövlət başçısı deyir ki, əhalinin məmnunluğu təmin olunmalı və insanlar kommunal xidmətlərdən razı qalmalıdır.

Vahid tarif tətbiq edilməlidir. Fəsil və gecə-gündüz tarifləri də düzgün deyil. Nə fərqi var, qazı, yaxud işığı gecə işlətdin, ya gündüz. Bunu xaricdəki tariflərlə müqayisə etməyək. Xaricdə maaşlar, müavinətlər Azərbaycandakından qat-qat yüksəkdir. Yeni tarif qaydaları əhalinin güzəranına zərbə vuracaq”.

Xatırladaq ki, hazırda qaz və işığın işlədilmədiyi halda belə, minimal aylıq ödəniş edilməsi mövzusu müzakirə olunur.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri