Kommunikasiyaların açılması prosesi gecikdirilə və ya siyasiləşdirilə bilməz Deputat
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın regionda həyata keçirdiyi nəqliyyat və kommunikasiya strategiyasının mahiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Xüsusilə Naxçıvanı Türkiyə ilə birləşdirə biləcək dəmir yolu xəttinin mütləq şəkildə reallaşdırılmalı olduğunu vurğulaması və bütün bu layihələrin koordinasiyalı şəkildə aparılmasının vacibliyini qeyd etməsi təsadüfi deyil. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın öz ərazisində heç bir problemin qalmadığı dövlətimizin bu məsələdə prinsipial və ardıcıl mövqeyinin göstəricisidir. Eyni zamanda, İran ərazisi üzərindən alternativ yolun formalaşdırılması Azərbaycanın regional proseslərə çoxşaxəli və çevik baxışla yanaşdığını nümayiş etdirir. Yanaşma göstərir ki, Azərbaycan nəqliyyat-kommunikasiya məsələlərində heç bir ölkədən asılı olmaq niyyətində deyil və öz milli maraqlarını təmin edəcək paralel imkanlar yaradır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi.
Onun sözlərinə görə, İran ərazisindən yeni yolun inşası ilk növbədə Tehranın mühafizəkar elitasının irəli sürdüyü əsassız ritorikaya qarşı ən etibarlı cavabdır:
"Yəni bizim məqsədimiz qlobal geoiqtisadi bölgüdə regionun perspektivlərindən maksimum yararlanmaqdır. Burada əlavə siyasi motivlər axtarmaq sadəcə olaraq gərəksiz bir yanaşmadır. Ağbənd qəsəbəsində Araz çayı üzərindən körpünün inşa edilməsi və İran üzərindən Naxçıvana 45–50 kilometrlik yeni marşrutun formalaşması mühüm siyasi mesaj daşıyır. Yəni Azərbaycan regional əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq birtərəfli olmamalıdır. Zəngəzur dəhlizi ilə paralel olaraq İran üzərindən yolun mövcudluğu həm Ermənistan tərəfinə, həm də regiondakı digər aktorlara açıq şəkildə göstərir ki, kommunikasiyaların açılması prosesi gecikdirilə və ya siyasiləşdirilə bilməz".
Millət vəkili qeyd etdi ki, layihə eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı və təhlükəsiz bağlantıların yaradılmasına xidmət edir:
"Dövlət başçımızın vurğuladığı kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir nəqliyyat və iqtisadi məkan kimi birləşdirilməsi ölkə daxilində inteqrasiyanın güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu, postmünaqişə dövründə regionun sosial-iqtisadi dirçəlişinə və uzunmüddətli sabitliyə xidmət edən strateji baxışdır.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu tədricən regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün Zəngəzur dəhlizi və İran üzərindən alternativ yol bu üstünlüyü daha da möhkəmləndirir. Bu layihələr Azərbaycanın siyasi çəkisini, iqtisadi və strateji əhəmiyyətini artırır".
Müsahibimizin fikrincə, Zəngəzur dəhlizi ilə paralel olaraq İran üzərindən alternativ yolun formalaşdırılması İlham Əliyevin idarəçilik fəlsəfəsinin, praqmatik, çoxvariantlı və milli maraqlara əsaslanan siyasət modelinin bariz nümunəsidir və bu yanaşma Azərbaycanın regionda təşəbbüskar, etibarlı və müstəqil aktor kimi mövqeyini daha da gücləndirərək ölkəmizin gələcək inkişafı üçün möhkəm strateji zəmin yaradır.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 07 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















