“Komo“dan sensasion qələbə
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Napoli" A Seriyasının ikinci turunda doğma meydanda "Komo" ilə qarşılaşıb.
Meydan sahibləri 1:2 hesabı ilə məğlub olublar.
Sesk Fabreqasın yetirmələri 17-ci dəqiqədə Martin Baturinanın qolu ilə hesabı açıblar. "Napoli" 30-cu dəqiqədə Rasmus Höylundun qolu ilə hesabı bərabərləşdirib.
Dörd dəqiqə sonra Anastasios Duvikas "Komo"nu yenidən hesabda önə çıxarıb. Neapol təmsilçisi bütün cəhdlərinə baxmayaraq, hesabı bərabərləşdirə bilməyib.
Qeyd edək ki, əlavə olunmuş vaxtda hakim Stanislav Lobotkanın vurduğu qolu hesaba almayıb.
"Napoli" üç xalla A Seriyasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. "Komo" isə dörd xal toplayaraq dördüncü sıraya yüksəlib.
Növbəti turda "Napoli" sentyabrın 5-də səfərdə "İnter"lə qarşılaşacaq. "Komo" isə sentyabrın 4-də "Cenoa"nı qəbul edəcək.
Baxış sayı:43
Bu xəbər 30 Avqust 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















