Icma.az
close
up
RU
Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir?

Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə də daha əhəmiyyətli layihələrin həyata keçirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən sökülür. 

Milli.Az xəbər verir ki, söküntü zamanı bir çox hallarda sakinlər təklif olunan kompensasiyalarla razılaşmırlar. 

Bir çox vətəndaş mənzilinin sahəsi kiçik olduğuna görə ona verilən kompensasiya ilə yeni mənzil almaq imkanından məhrum olur. Bəs bu halda vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev bildirib ki, kompensasiya məsələlərində şəffaf mexanizmlər tətbiq olunmalıdır:

"Bu proses tender prinsipi ilə həyata keçirilməlidir. Ərazi əvvəlcədən elan olunmalı, MTK-lar bina sakinlərinə müxtəlif təkliflər təqdim etməlidir. Vətəndaş da özünə uyğun variantı seçərək razılaşma əldə edə bilər".

Hüquqşünasın sözlərinə görə, vətəndaş kompensasiya şərtləri ilə razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir:

"Həm Konstitusiya, həm də qanunvericilik dövlətə yalnız ədalətli kompensasiya ödəmək şərti ilə mülkiyyətin alınmasına icazə verir. Məhkəmə qətnaməsi ilə vətəndaşın mülkiyyəti dövlət mülkiyyətinə köçür. Təbii ki, ona kompensasiya ödənməsi şərtilə".

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mənzil əgər bazarda satışa çıxarılırsa, burada təkcə bazar qiyməti yox, ədalətli dəyər əsas götürülməlidir:

"Ədalətli dəyər dedikdə, vətəndaşın yalnız mənzilinin bazar qiyməti deyil, həm də imtina etdiyi yaşayış hüquqları nəzərə alınmalıdır. Yəni kompensasiya onun əvvəlki yaşayış şəraitinə uyğun olmalıdır".

Söküntü və kompensasiya məsələləri həm icraçı qurumların, həm də vətəndaşların maraqları baxımından balanslı yanaşma tələb edir. Mütəxəssislər bildirirlər ki, prosesin şəffaf və açıq mexanizmlərlə aparılması tərəflər arasında razılaşmanı asanlaşdıra bilər. Qarşılıqlı dialoq isə bu cür layihələrin daha sağlam və dayanıqlı icrasına töhfə verər.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see305

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see285

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see280

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see273

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see266

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see259

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see259

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see256

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see255

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see247

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see224

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see218

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see217

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see217

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see217

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see217

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see215

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see210

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see205

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri