Icma.az
close
up
RU
Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır

Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü, həm də xüsusiyyətləri ilə kolleksiya məhsullarını belə kölgədə qoyur. Tamamilə qara rəngi ilə seçilən bu xüsusi yumurtalar son dövrdə qlobal bazarda böyük maraq cəlb edir. Yalnız üzvi təsərrüfatlarda və məhdud sayda istehsal edilən Cayuga yumurtaları yüksək antioksidant tərkibi ilə də diqqət çəkir.

Milli.Az xəbər verir ki, xaricdə satışa çıxarılan 12 ədədlik Cayuga yumurtası paketi 114,84 dollara təklif olunur. Bu da hazırkı məzənnə ilə təxminən 195 manat edir. Bir yumurtanın qiyməti isə təxminən 16 manata bərabərdir. Bu səbəbdən Cayuga yumurtası bəzi ölkələrdə "qızıldan da dəyərli" adlandırılır.

Cayuga ördəyinin yumurtalarının ən diqqətçəkən xüsusiyyəti onların kömür kimi qara qabığa sahib olmasıdır. Bu rəng ördəyin genetik piqment quruluşundan qaynaqlanır.
Yumurtalar təzə olanda demək olar ki, mürəkkəb qədər qara olur, inkubasiya müddəti uzandıqca isə rəng açılaraq boz tonlara keçir.
Yüksək qida dəyərinə malik Cayuga yumurtaları zülal, təbii antioksidant və yaxşı xolesterin baxımından olduqca zəngindir.

Cayuga ördəklərinin istehsalı məhdud olduğundan yumurta məhsuldarlığı də aşağıdır. Üzvi şəkildə bəslənən və geniş sahələrdə yetişdirilən bu cins digər ördək növləri ilə müqayisədə il ərzində daha az yumurta qoyur. Bu səbəbdən yumurtaların qiyməti hər il artmağa davam edir.

Cayuga ördəyi haqqında maraqlı məlumatlar

Adını ABŞ-nin Nyu-York ştatındakı Cayuga gölündən götürüb. Amerikanın az sayda yerli ördək növlərindən biridir. Parlaq, metalik yaşıl-qara rəngli lələkləri ilə tanınır. Dözümlü və sakit təbiətli olduğundan təsərrüfatlarda asanlıqla yetişdirilə bilir. Dişi Cayuga ördəkləri 2,5-3 kq, erkəklər isə 3,8 kq-a qədər böyüyür. Dişi ördəklər mövsümün əvvəlində qara, mövsüm irəlilədikcə açıq mavi və ya boz tonlarda yumurta qoyur. Bala Cayugaların dimdik və ayaqları qara, tükələri isə çox tünd rəngdə olur. Bəzən döş hissələrində sarı ləkələrə rast gəlinir.

Nadirliyi, yüksək qida dəyəri və qeyri-adi görünüşü ilə Cayuga ördəyinin qara yumurtaları dünya üzrə ən ekzotik məhsullardan biri sayılır. Mütəxəssislər bu yumurtalara tələbin artması ilə qiymətlərin gələcəkdə daha da yüksələ biləcəyini bildirirlər.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri