Icma.az
close
up
RU
Kondiloma nədir?

Kondiloma nədir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır.

Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).

Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır.

İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir.

İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır. Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (50%-dən artıq) həyat ərzində bu virusa yoluxur.

Lakin insanların bir çox hissəsində bu virus "yatmış" şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin ümumi və yerli (dəri və selikli qişalar) immunitet zəiflədikdə, İPV-u "özünü göstərməyə" başlayır.

Hal hazırda İPV-un 100 növü məlumdur. Müxtəlif İPV-nun növləri müxtəlif xəstəlikləri törədir. Məsələn, İPV-nun 1-ci növü ayaqların altında olan ziyillərinin, İPV-nun 2-ci və 4cü növləri adi ziyillərinin əmələ gəlməsinə səbəb olur. İPV-nun 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynunun xərçənginin təhlükəsini artırır.

İPV-nun əsasən 6-cı и 11-ci növləri qadın və kişilərdə kondilomaların inkişafına səbəb olur.

Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi - çəhrayı və ya dəri rəngində  ola bilər. Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır.

İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.

Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.

Kondilomaların müalicə üsulları çoxdur və bu üsullar müxtəlifdir. Hər bir konkret halda müalicə üsulunu xəstənin yaşından, vəziyyətindən, kondilomaların ölçülərindən, sayından və s. amillərdən asılı olaraq müalicə həkimi seçir.

Beləliklə, kondilomalar bu kimi üsullarla müalicə olunur:

- Maye azotla kriodestruksiya. Kondiloma, faktiki olaraq, dondurulur və nəticədə yox olur. Ən qoruyucu üsullardan biri sayılır. Ağrısızlaşdırma tələb olunmur və çapıqlar qalmır.

- Lazerlə müalicə. Bu müalicə usulunun tətbiqi ağrısızlaşdırmanı tələb edir, çapıqların əmələ gəlməsi mümkündür.

- Elektrokoaqulyasiya. Yüksək temperaturların təsirindən kondiloma yox olur.   Ağrısızlaşdırma tələb olunur, çapıqlar əmələ gələ bilər.

- Xüsusi dərman preparatlarının ("Podophyllum" adlı bitki əsasında) tətbiqi. Dərman gündə 2 dəfə kondilomanın üzərinə çəkilir. Müalicə zamanı yandırma, ağrı və qızarma ola bilər. Müalicə həkimin nəzarəti altında keçirilməlidir. Hamilə və hamiləliyi planlaşdıran qadınlar bu müalicə üsulundan istifadə etməməlidir.

Nəzərinizə çatdiraq ki, kondilomalara səbəb olan İPV-u insan orqanizmində hamişəlik qalır və bu səbəbdən müalicədən sonra kondilomalar yenidən əmələ gələ bilərlər.

http://www.kondiloma.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:434
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri