Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
Icma.az, Milli.az saytına istinadən bildirir.
Yay aylarında istidən qorunmaq üçün geniş istifadə olunan kondisionerlər ürək-damar xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər.
Milli.Az xəbər verir ki, kardioloqların bildirdiyinə görə, tərli halda qəfil çox soyuq otağa daxil olmaq və ya isti havada birbaşa soyuq suya girmək ürək ritminin pozulmasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, orqanizm ani temperatur dəyişikliklərindən qorunmalıdır.
Həkimlər otaqların temperaturunun tədricən aşağı salınmasını tövsiyə edirlər. Xüsusilə ürək xəstələrinin kondisioneri 17 dərəcə kimi çox aşağı temperatura tənzimləyərək birbaşa qarşısında yatması məsləhət görülmür.
Mütəxəssislər vurğulayırlar ki, orqanizmin temperatur dəyişikliyinə uyğunlaşması üçün kondisioner optimal otaq temperaturunda işlədilməli, isti və soyuq mühitlər arasında keçidlər isə mərhələli şəkildə həyata keçirilməlidir. Bu yanaşma ürək sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 İyul 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















