Icma.az
close
up
RU
Kondisioneri niyə 26 dərəcəyə qoymaq olmaz?

Kondisioneri niyə 26 dərəcəyə qoymaq olmaz?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay aylarında havaların kəskin istiləşməsi ilə bir çox insan kondisioneri avtomatik olaraq 26 dərəcəyə tənzimləyir. Əksəriyyət bu temperaturun nə çox soyuq, nə də çox isti olduğunu düşünərək onu ən ideal seçim hesab edir. Lakin kondisioner sistemlərinin texniki xidməti ilə məşğul olan mütəxəssislər bunun hər zaman ən düzgün seçim olmadığını bildirirlər.
Bizim.Media verir ki, mütəxəssislərin sözlərinə görə, kondisionerlər 24-25 dərəcə temperatur intervalında daha səmərəli işləyir.
Bu zaman cihaz otağı daha sürətli soyudur və daha az enerji sərf edir. Onların fikrincə, temperaturun cəmi bir dərəcə aşağı və ya yuxarı seçilməsi enerji sərfiyyatında 5-10 faiz fərq yarada bilər.
Bu isə yay mövsümünün sonunda elektrik enerjisi xərclərində nəzərəçarpacaq qənaət deməkdir.
Ekspertlər vurğulayırlar ki, düzgün temperatur seçimi yalnız enerji sərfiyyatı baxımından deyil, sağlamlıq baxımından da mühüm əhəmiyyət daşıyır. Həddindən artıq isti saxlanılan otaqlarda rütubət səviyyəsi yüksələ bilər ki, bu da bakteriya və kif göbələklərinin çoxalması üçün əlverişli şərait yaradır. Belə mühit xüsusilə astma, allergiya və digər tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün riskli hesab olunur.
 

Mütəxəssislər bildirirlər ki, yay aylarında 24-25 dərəcə temperatur həm daha rahat, həm də daha sağlam otaq şəraiti yaradır.


Bununla yanaşı, kondisionerin təmizliyinə də xüsusi diqqət yetirilməlidir. Ekspertlərin sözlərinə görə, cihazın daxilində toz, kir, kif və bakteriyalar toplandıqda, hətta düzgün temperatur seçilsə belə, kondisioner lazımi effektivliklə işləyə bilmir. Müntəzəm təmizlik həm havanın keyfiyyətini yaxşılaşdırır, həm də cihazın istismar müddətini uzadır.
Kondisionerin təmizlənməsi üçün ilk növbədə cihaz söndürülməli və elektrik şəbəkəsindən ayrılmalıdır.
Daha sonra hava filtrləri çıxarılaraq təmizlənməli, daxili blokun xarici səthi silinməli və əlçatan daxili hissələrdəki tozlar ehtiyatla təmizlənməlidir. Həmçinin kondensat axıdıcı sisteminin vəziyyəti yoxlanılmalıdır. Təmizlik tamamlandıqdan sonra bütün hissələr yerinə quraşdırılmalı və cihazın işləməsi yoxlanmalıdır.
Bununla belə, daha dərin texniki baxış və xüsusilə xarici blokun təmizlənməsi işlərinin peşəkar ustalar tərəfindən aparılması tövsiyə olunur. (Lent.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri