Kondisionerlər hansı xəstəliklərə səbəb olur?
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yayda havaların isti keçməsi kondisonerə olan təlabatı artır.
Lakin uzun müddət kondisionerdən istifadə tənəffüs yollarının qurumasına və bir sıra allergik xəstəliklərə səbəb ola bilər.Maraqlıdır, uzun müddət kondisionerdən istifadə sağlamlığa necə təsir edir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında farmokoloq Aydın Əliyev bildirib ki, kondisionerdən düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır:
“Kondisoner isti yay günlərində havanın temperaturunu insan bədəninə uyğunlaşdıran köməkçi vasitələrdən biridir. Lakin sağlamlıq cəhətdən bir sıra problemlər var. Kondisoner havası sıxılmış havadı, temperatur bədənə uyğun nizamlanmalıdır.
Tərli halda kondisoner havası qəbul etmək bədəni zəiflədən səbəblərdəndi. Duş qəbul etdikdən sonra kondisonerin qarşısında oturmaq düzgün deyil. Həmçinin, kondisoner havası tənəffüs və alllergik xəstəliklərinin inkişafına səbəb ola bilər.
İstidən birbaşa soyuq havaya keçid ürək-damar sisteminə, qaraciyər və bir sıra xəstəliklərə mənfi təsir edir. İnsanlar kondisoneri nizamlı temperaturda istifadə etməyi bacarmalıdır. Daima kondisoner işləyən otaqda tez-tez havanı dəyişmək lazımdır”.
Gülər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















