Konfrans Liqası: Klublarımızın ilk rəqibləri bu gün bəlli olacaq
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə Azərbaycan klubları “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.
Azərbaycan təmsilçilərinin potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Clara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbi”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Rumıniya) və “Beytar” (İsrail) daxildir.
Həmçinin, I təsnifat mərhələsində üz-üzə gələcək “Borats” (Bosniya və Herseqovina) - “Santa Coloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksivik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Püunik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri və UEFA Avropa Liqasının I təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) matçının məğlubarı da potensial rəqiblər arasında yer alıb.
Bununla yanaşı, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24 və 31-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















