Konfrans Liqasında inanılmaz geridönüş
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Finlandiyanın HİK komandası UEFA Konfrans Liqasının 1-ci mərhələsinin əla nəticəyə imza atıb.
QOL.az xəbər verir ki, Helsinki təmsilçisi cavab matçında ilk görüşdə 0:4 hesabı ilə uduzduğu Farer adalarının "Runavik" komandasını qəbul edib.
İlk matçdakı bu böyük fərqli üstünlüyə görə ada klubu cütün favoriti sayılırdı. Amma necə deyərlər, sən saydığını say, gör HİK nə sayır..
Matçın 15-ci dəqiqəsində "Runavik"in müdafiəçisi Fabian Ness qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra 3-cü dəqiqə sonra - 18-ci dəqiqədə Lukas Linqman HİK-in ilk qolunu vurub. İkinci hissədə isə meydan sahibi komandanın qolları sel kimi axmağa başlayıb.
53-cü dəqiqədə Aleksandr Rinq 2-ci topu, 79-cu dəqiqədə Santerri Hostikka 3-cü qolu qonaqların qapısından keçirib.
Lakin daha dramatik anlar matçın sonlarında yaşanıb. Xostikka 90+3-cü dəqiqədə hesabı 4:0 edib. 90+4-cü dəqiqədə isə Qiorqos Andzulas oyunda yekun hesabı müəyyənləşdirib - 5:0.
Beləliklə, HİK ilk matçdakı 0:4 hesablı məğlubiyyətə baxmayaraq, cavab görüşündə inanılmaz geridönüş edərək ikinci mərhələyə adlayıb.
İkinci raundda Finlandiya təmsilçisi Bolqarıstanın "Arda" komandası ilə qarşılaşacaq.


