Icma.az
close
up
RU
Konfrans Liqasının uğursuzları premyer liqada üzə üzə...

Konfrans Liqasının uğursuzları premyer liqada üzə üzə...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Misli premyer-liqasında ilk turun həyəcanı davam edir. Düzdü, mövsümün ilk üç matçı komandaların hazırlıq səviyyəsinin aşağı olması üzündən ciddi intriqalarla yadda qalmadı.

"Football-plus.az" xəbər verir ki, təxirə salınan “Sabah” – “Qarabağ” matçının yeni tarixi bilinməsə də, “Zirə” – “Araz-Naxçıvan” oyununa bu gün şahidlik edəcəyik.
Həmçinin avqustun 22-də 2-ci tura start veriləcək. Cümə günü keçiriləcək iki matçda “İmişli” “Neftçi”ni, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.
Misli premyer-liqası
1-ci dövrə, 1-ci tur
19 avqust
Zirə - Araz-Naxçıvan

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə, İdman Kompleksinin stadionu. Saat 20.00.
Hər ikisi ötən mövsüm premyer-liqanın ən güclüləri sırasında yer aldı. Yerli baş məşqçilərin çalışdırdığı komandalar ölkəmizi Konfrans Liqasında təmsil etmək haqqına yiyələnsələr də, “Zirə” 2-ci, “Araz-Naxçıvan” 3-cü təsnifat mərhələsini adlaya bilmədi. Bəli, onların yenidən avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağına şübhə yoxdu. Ancaq bunun üçün məlum uğursuzluqları unutmaq və ölkə çempionatına köklənmək lazımdı. Təbii ki, burda Rəşad Sadıqovla Elmar Baxşıyevin çiyninə böyük yük düşür. Təcrübəli mütəxəssislər futbolçularının xüsusilə psixoloji durumunu yaxşılaşdırmalı və yeni səhifənin açılmasına nail olmalıdı.
“Qartallar”dan Brahim Konate, Vinsent Till, Stefan Aka və Abdul Aziz Batibie, “qırmızı-ağlar”dan isə Mustafa Əhməzadə, Əyyub Allaş və Ramon Maçado zədəlidi. Vurğulayaq ki, yalnız Maçadonun bu matçda meydana çıxmaq ehtimalı var.
Komandalar indiyə qədər 8 dəfə üz-üzə gəlib. Bunların 3-də “qartallar”, 3-də “qırmızı-ağlar” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “Zirə” öndədi – 6:4.
22 avqust
2-ci tur
İmişli – Neftçi

“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Şamaxı, şəhər stadionu. Saat 17.00.
“İmişli” ilk turda göstərdiyi oyunla ümid verdi. Düzdü, bunda mövsümə çempionluq iddiasıyla başlayan “Turan Tovuz”un proqnozları doğrultmayan, daha doğrusu, zəif performansının da rolu var. Ancaq Aran təmsilçisinin layiqincə mübarizə aparmadağını deməliyik. Jorje Kaskilyanın komandası bir qədər “artıracağı” təqdirdə rəqibləri üçün başağrısına çevrilə bilər. Ancaq bu o demək deyil ki, “İmişli”nin “Neftçi” ilə dueldə şansı böyükdü. Bəli, “ağ-qaralar” “Şamaxı” ilə heç-heçə etməklə azarkeşlərini üzdü. Samir Abasovdan və sərəncamında olan yenilənmiş heyətdən gözləntilər çoxdu. Ancaq paytaxt təmsilçisinin Şamaxıya qələbə qalınca gedəcəyinə şübhə yoxdu. Hər halda, “şirlər”lə matçda xal itkisinə göz yummaqda çətinlik çəkən tərəfdarlar premyer-liqanın debütantıyla mübarizədə mümkün uğursuzluğa daha ciddi reaksiya verə bilər. Odu ki, Şamaxıda baxımlı futbol izləyəcəyimizi proqnozlaşdırmaq mümkündü.
Qarabağ – Sumqayıt
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 26:+23=1-2, 70:12.
2011/12 – 1:2; 2012/13 – 3:0; 2013/14 – 5:1, 3:0; 2014/15 – 2:0, 1:0; 2015/16 – 2:2, 1:0; 2016/17 – 3:0, 2:1; 2017/18 – 4:1, 2:0; 2018/19 – 1:0, 2:0; 2019/20 – 2:0, 1:0; 2020/21 – 6:1, 4:1; 2021/22 – 2:0, 5:0; 2022/23 – 3:1 1:2; 2023/24 – 5:0, 2:0; 2024/25 – 5:0, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı, “Azərsun Arena”. Saat 19.30.
“Qarabağ” “Ferentsvaroş”la cavab oyunundan əvvəl “Sumqayıt”a qarşı meydana çıxmalı olacaq. Təbii ki, bu matçda “köhlən atlar”ın fiziki və psixoloji durumu Budapeştdə keçiriləcək oyunda baş verəcək hadisələr və qeydə alınacaq nəticədən asılıdı. Bununla belə, Ağdam təmsilçisinin “Sumqayıt”ın üzərində böyük üstünlüyü var. Yuxarıdakı rəqəmlər öz yerində, “köhlən atlar” səfər matçlarında belə “gənclik şəhəri”nin təmsilçisindən daha güclü olduğunu sübut edib. İndi “kimyaçılar” yeni baş məşqçisi Saşa İliçlə bu tilsimi qırmağa çalışacaq. Komandanın bunu üçün əsasları da var. İlk turda “Kəpəz”i darmadağın edən “Sumqayıt” iddialı və yorğun rəqibdən azı bir xal qoparmaqla uğurlu startı davam etdirmək niyyətindədi.
Komandalar indiyə qədər 51 dəfə qarşılaşıb. Bunların 39-da “köhlən atlar”, 7-də “kimyaçılar” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində “Qarabağ”ın əzici üstünlüyü var – 126-23.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri