Konqo Prezidenti: Əsas məqsədimiz COP29da yeni təşəbbüsləri gündəmə gətirməkdir
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əsas məqsədimiz COP29 çərçivəsində Afrika regionunu təmsil edən 15 dövlətin başçıları və rəsmiləri ilə müzakirələrdə dünya miqyaslı yeni təşəbbüsləri gündəmə gətirməkdən ibarətdir.
APA-nın məlumatına görə, bunu COP29-un Mavi Zonasında yerləşən Konqo Milli pavilyonunda çıxış edən həmin ölkənin Prezidenti Deni Sassu-Nqesso söyləyib.
O, eyni zamanda ölkəsinin bütün regionlarının yaşıl şəhər konsepsiyasına uyğunlaşdırılacağını sözlərinə əlavə edib: “Mən artıq bu barədə müvafiq göstərişlər vermişəm. Digər bir tərəfdən insanlar, xüsusilə gənclər əkilən bütün ağaclara həssas yanaşmalıdır".
Konqo Milli Pavilyonunda COP29 çərçivəsində bir sıra nəhəng tədbirlərin təşkili ilə bu məsələyə diqqət çəkmək istədiklərini deyən Konqo lideri vurğulayıb ki, hökumət təbii ehtiyatların yaşıllaşmanın inkişafına töhfə verməsinə çalışacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















