Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Konqonun "Actualite" portalı xəbər yayıb.
Nəşr qeyd edib ki, hadisə zamanı ölən iki nəfərlə yanaşı, Çinin daha bir vətəndaşı yaralanıb. O, hazırda xəstəxanadadır. Onların hamısı Lomami əyalətində Çinin sürətli avtomobil yolu tikintisi ilə məşğul olan CREC 6 şirkətinin işçiləri olub.
Mütəxəssisləri qorumaq vəzifəsi daşıyan polis zabiti onlara atəş açıb. Bundan dərhal sonra yoxa çıxıb. Atəş açan şəxsin axtarışları davam etdirilir. Hakimiyyət orqanları polisin tutulması üçün xalqa müraciət edib. Onun hərəkətlərinin səbəbləri hələ açıqlanmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 02 Yanvar 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















