Konqoda Ebola ilə mübarizə aparan tibb işçiləri etiraz aksiyaları keçiriblər
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasının şimal-şərqində Ebola virusu epidemiyası ilə mübarizədə iştirak edən işçilər əməkhaqlarının ödənilməməsinə görə etiraz aksiyalarına çıxıblar.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, etiraz aksiyaları üç tibb mərkəzinin qarşısında keçirilib.
Epidemiya ilə mübarizəyə cəlb olunmuş onlarla işçi virusun yayılmasından ən çox zərər çəkən İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərindəki tibb müəssisələrinin qarşısına toplaşıblar. Aksiya iştirakçıları əməkhaqlarını tam həcmdə almadıqlarını bildiriblər.
Polis tibb mərkəzlərindən birinin qarşısında keçirilən etiraz aksiyalarından birini dağıdıb.
Etirazların müəssisələrin işinə təsir edib-etmədiyi hələlik məlum deyil.
Hökumətdən əldə olunmuş son məlumatlara görə, təxminən iki ay əvvəl epidemiya başlayandan bəri 1 759 nəfər virusa yoluxub, 600 ölüm halı təsdiqlənib.
Baxış sayı:145
Bu xəbər 09 İyul 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















