Konqoda Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 19 may, AZƏRTAC
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Konqonun səhiyyə nazirinin açıqlamasına əsasən, ümumilikdə, 513 nəfərin virusa yoluxduğu ehtimal olunur.
Ebola virusunun sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyində ciddi narahatlıq yaradıb. ÜST Konqoda və Uqandada Ebola virusunun yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın miqyası və yayılma sürətindən ciddi şəkildə narahat olduğunu bildirib. Qeyd edib ki, vəziyyətlə bağlı tövsiyələrin hazırlanması məqsədilə fövqəladə hallar komitəsinin iclası keçiriləcək. Fövqəladə hallar komitəsinin iclasının gün ərzində baş tutması planlaşdırılır.
Təşkilat daha əvvəl yaydığı açıqlamada bildirmişdi ki, Konqoda və Uqandada yayılan Ebola virusu beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət yaratsa da, pandemiya səviyyəsinə çatmayıb.
Xatırladaq ki, əvvəlki hesabatlarda Konqoda Ebola virusu nəticəsində 88 nəfərin öldüyü, 300 nəfərin isə virusa yoluxduğunun ehtimal edildiyi bildirilirdi. Uqandada isə 1 ölüm və 1 yoluxma şübhəsi qeydə alınmışdı.
Son 50 ildə Ebola virusu Afrikada 15 mindən çox insanın həyatına son qoyub.
Qeyd edək ki, Konqo Milli İctimai Səhiyyə İnstitutunun direktoru Dyedonne Mvamba Kazadi ötən ilin dekabrında Konqo Demokratik Respublikasında Ebola epidemiyasının faktiki olaraq başa çatdığını elan etmişdi.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















