Konqoda Ebola xəstəliyi daha geniş ərazilərə yayılır
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Konqo Demokratik Respublikası (KDR) rəhbərliyi Ebola virusunun yayılması ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejiminin əhatə dairəsini böyüdüb.
Moderator.az xəbər verir ki, bu barədə "RuNews24" nəşri xəbər yayıb.
Rəsmi olaraq Ebola virusundan əziyyət çəkən bölgələrin siyahısına Çopo və Yuxarı Uele əyalətləri də əlavə olunub. Ölkənin səhiyyə naziri Roje Kamba yeni əyalətlərin hər birində iki yoluxma faktının təsdiqləndiyini açıqlayıb.
Epidemiyanın daha kəskin mərhələsi İturi və Şimali Kivu əyalətlərində müşahidə edilir. Virusun ən çox yayıldığı həmin bölgələr sanitariya xidmətləri tərəfindən xüsusi nəzarətə götürülüb.
Ümumi statistik göstəricilər olduqca narahatedicidir: xəstəlik yayıldığı vaxtdan indiyədək 1 800-ə yaxın yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 625 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) regional riskin yüksək olduğunu bəyan edib.
Baxış sayı:98
Bu xəbər 10 İyul 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















