Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada mərasim zalında baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb.
Bu barədə “Actualité” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı zalda toy mərasimi keçirilirmiş və çoxlu sayda insan iştirak edirmiş.
Yerli hakimiyyət nümayəndəsi Norber Muşiqanın sözlərinə görə, ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilir. Hadisə nəticəsində çoxsaylı şəxslərin xəsarət aldığı da bildirilir.
İlkin məlumata əsasən, zalda yalnız bir çıxışın olması yanğın zamanı insanların eyni anda oranı tərk etməyə çalışması nəticəsində sıxlığa səbəb olub.
Yanğının başvermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:Konqoda mədəndə torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb
10 Fevral 2026 00:02
Konqoda torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb
23 Noyabr 2024 19:43
Konqoda silahlı insident nəticəsində 25 nəfər ölüb
26 Yanvar 2026 07:08
Konqoda Ebola epidemiyası nəticəsində 4 114 nəfər ölüb
05 Oktyabr 2026 14:59
Konqoda toyda yanğın olub 22 ölü var
06 Sentyabr 2026 02:05
Baxış sayı:179
Bu xəbər 05 Sentyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















