Konqresmen: ABŞ COP29da qlobal ekoloji təhlükəsizliyi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlıq edir
Icma.az, Report.az portalına istinadən məlumat verir.
ABŞ qlobal enerji və ekoloji təhlükəsizliyi təmin etmək üçün birgə səyləri birləşdirmək məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
“Report” xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflüger COP29 çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ABŞ CO2 emissiyalarını 2007-ci ildən bəri enerji sektorunda 14,5 %, elektrik enerjisi sektorunda 2005-ci ildən bəri 28 % azalda bilib.
O, həmçinin qeyd edib ki, 1970-ci ildən bəri ABŞ-də atmosferə atılan çirkləndirici maddələrin miqdarı 70 % azalıb: "Əgər dünyamız və ətraf mühitimizin qeydinə qalırıqsa, biz bu istiqamətdə davam etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















