Konqresmen Bakı və İrəvanın razılığını Trampın şüarı ilə şərh edib
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü sosial şəbəkədə paylaşım edib.
“Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, – o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında səslənmişdi. Lakin məhz Tramp onu öz hərəkatının kult simvoluna çevirib. 2024-cü il seçkiləri ərəfəsində o, əvvəlki vədlərinə sadiqliyini vurğulayaraq bu şüardan yenidən fəal şəkildə istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Mart 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















