Konqresmen Sorosun terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də respublikaçı konqresmen Baddi Karter Ədliyyə Nazirliyini maliyyəçi Corc Sorosun ölkədə daxili terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Caller" portalı konqresmenin məktubuna istinadən məlumat yayıb.
"Biz ondan ehtiyat edirik ki, Soros Fondu "Open Society Foundations" siyasi ekstremizmin təbliği ilə əlaqəli təşkilatların maliyyələşdirilməsində əhəmiyyətli rol oynayıb", - deyə məlumatda bildirilir.
Məktubda həmçinin iddia edilir ki, Corc Soros daxili terrorizm anlayışı altına düşən fəaliyyətlə məşğul olur və ya onu dəstəkləyir. Həmçinin Karter "Open Society Foundations" Fondu və Soros tərəfindən dəstəklənən digər təşkilatların daxili terrorizmə aid federal qanunları pozub-pozmadığını yoxlamağı xahiş edib.
Bundan əlavə, konqresmen Soros tərəfindən ABŞ vətəndaşlarına qarşı yönəlmiş zorakılığa və digər qeyri-qanuni fəaliyyətə maddi dəstəyin təşkil edilib-edilmədiyini də müəyyənləşdirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Oktyabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















