Icma.az
close
up
RU
Konqresmenlər ermənilərin Qarabağa qayıdışını təmin etməyə çağırır

Konqresmenlər ermənilərin Qarabağa qayıdışını təmin etməyə çağırır

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ konqresinin təxminən 90 üzvü Donald Tramp adminstrasiyasını ermənilərin Qarabağa qayıdışını təmin etməyə çağırır. Dövlət katibi Marko Rubioya məktubda Demokratlar və Respublikaçılar partiyalarından 87 konqresmen yazır ki, Qarabağ sakinlərinin qayıdışı beynəlxaq hüquqa və regionda ədalətli, davamlı sülhün bərqarar olmasına uyğundur.

Ermənistanla Azərbaycan arasında sülh uğrunda çalışdığınız bir vaxtda sizi münaqişənin bütün tərəflərinin zorla köçürülmüş ermənilərin doğma yurdlarına, Dağlıq Qarabağa kollektiv, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasına cəlb etməyə çağırırıq. Bu addım birbaşa beynəlxaq hüquqa və regionda ədalətli və davamlı sülhə uyğundur”-konqresmenlər yazır.

Maraqlıdır, ABŞ Konqresinin 87 üzvünün Qarabağa ermənilərin qayıdışı ilə bağlı Tramp administrasiyasına müraciətini siz necə qiymətləndirirsiniz? Bu, regionda real vəziyyətə və beynəlxalq hüququn mövcud şərhinə nə dərəcədə uyğundur?

Konqresmenlərin Qarabağda zorla köçürülmüş ermənilərin qayıdışını dəstəkləməsi əslində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd mövqe sayıla bilərmi?

Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli fikirlərini Gununsesi.info-ya bölüşüb.

O, deyib:

ABŞ Konqresinin 87 üzvünün dövlət katibi Marko Rubioya ünvanladığı müraciətdə Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsini könüllü şəkildə tərk etmiş ermənilərin “kollektiv, təhlükəsiz və ləyaqətli qayıdışı”nın təmin olunması tələbi siyasi riyakarlığın bir üst səviyyəsi hesab oluna bilər. Bu müraciət, istisnasız olaraq, beynəlxalq hüququn prinsipləri və regiondakı real vəziyyətlə ciddi ziddiyyət təşkil edir. Konqres üzvləri müraciətdə etnik ermənilərin, Ermənistan ordusunun hərbi birləşmələrində xidmət keçən, ağır hərbi cinayətlər törətmiş şəxslərin Azərbaycan ərazilərindən “köçürüldüklərini” iddia etsələr də, bu ifadə, əslində, əhəmiyyətli hissəsi 30 illik işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmış və 2020-ci ildən sonra könüllü şəkildə Ermənistana köçən şəxsləri əhatə edir. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra, Ermənistanın yaratdığı və işğalçı ordunun himayə etdiyi qondarma rejimin rəhbərliyi, həmçinin erməni silahlı birləşmələrinin qalıqları könüllü şəkildə Azərbaycan torpaqlarını tərk ediblər.

Deputat həmçinin bildirib:

“Beynəlxalq hüquqa görə, bir şəxsin “məcburi köçkün” hesab olunması üçün onun silahlı zorakılıq, təqib və ya hərbi əməliyyat nəticəsində köçməyə məcbur edilməsi sübut olunmalıdır. Lakin faktlar göstərir ki, Azərbaycanın nə hərbi, nə inzibati, nə də siyasi baxımdan etnik erməniləri deportasiya etmək niyyəti olmayıb. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev antiterror əməliyyatlarından öncə və sonra dəfələrlə bəyan edib ki, ərazidə yaşayan ermənilər Azərbaycan Respublikasının Konstitusiyasının və digər hüquqi-normativ aktlarının verdiyi hüquqlardan istifadə edə bilərlər. Qeyd edim ki, Konqresmenlərin müraciətində “beynəlxalq hüquqa uyğunluq” tezisi xüsusi yer tutur. Lakin bu iddianı dəyərləndirmək üçün bir neçə mühüm prinsipə diqqət yetirmək lazımdır:Bunlardan birincisi suverenlik və ərazi bütövlüyü prinsipidir. BMT Nizamnaməsi və Helsinki Yekun Aktına əsasən, dövlətlərin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və bu ərazidə istənilən əhali qrupunun statusu Azərbaycan qanunvericiliyinə uyğun şəkildə müəyyən edilməlidir.

Elçin Mirzəbəyli eyni zamanda qayıdışın könüllü, təhlükəsiz, hüquqi əsaslarla mümkün olduğunu vurğulayır:

“BMT-nin 1998-ci il tarixli “Məcburi Köçkünlərin Qayıdışı üzrə Təlimatları”na əsasən, qayıdış yalnız könüllü, təhlükəsiz və hüquqi əsaslarla mümkündür. Hazırda Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizlik təmin olunub, lakin qayıdış prosesi yalnız fərdi müraciətlər və Azərbaycan vətəndaşlığı çərçivəsində mümkündür. “Kollektiv qayıdış” çağırışları isə siyasi manipulyasiyaya və separatizmi bərpa etmək cəhdlərinə xidmət edir.

O, bu mövqeyin eyni zamanda Azərbaycanın suverenlik hüququna və daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə biləcəyini deyir:

“Konqresmenlərin mövqeyi Azərbaycanın suverenlik hüququna və daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, heç bir dövlət digər ölkənin ərazisində etnik və ya dini əsaslarla ayrıca idarəetmə rejimi tələb edə bilməz. Əks halda bu, separatizmin legitimləşdirilməsi və beynəlxalq sistemin əsas prinsiplərinin pozulması deməkdir. Bu müraciətin zamanlaması da təsadüfi deyil. Ermənistanın öz daxilində daxili siyasi təzyiqlərlə üzləşdiyi, sülh müqaviləsi ilə bağlı proseslərin aktiv fazaya keçdiyi dövrdə ABŞ-dakı bəzi ermənipərəst dairələrin bu tip təşəbbüslərlə çıxış etməsi vəziyyətin süni şəkildə gərginləşdirilməsi məqsədi güdür. Azərbaycan Respublikasının rəsmi mövqeyi ondan ibarətdir ki, ölkənin Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşamaq istəyən etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkənin hüquq sisteminə inteqrasiya olunmalıdırlar. Bu, beynəlxalq hüququn tələblərinə tam uyğun olan, reallığa əsaslanan və suveren dövlətin daxili məsələsi sayılan bir yanaşmadır. Həmçinin qeyd edilməlidir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın tamamilə dağıdılmış yaşayış məntəqələri yenidən bərpa edilir. Bu proses, Azərbaycanın öz iqtisadi potensialı hesabına gerçəkləşir və göz önündə olan həqiqəti təhrif edən simasız konqresmenlər bu günədək ABŞ hökumətinə Ermənistanın işğalı nəticəsində dağılmış Azərbaycan ərazilərinin bərpasına yardım edilməsi çağırışında bulunmayıblar. Sayı bir milyondan çox olan azərbaycanlının taleyi bu ləyaqət hissini itirmiş siyasət dəllallarını əsla maraqlandırmayıb.

Deputat son olaraq deyib:

“ABŞ Konqresinin bəzi üzvləri “ermənilərin hüquqları”ndan danışarkən, nədənsə 1988–1991-ci illərdə indiki Ermənistan ərazisindən zorla qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları yada düşmür. Bu insanlar, sadəcə etnik mənsubiyyətlərinə görə kütləvi təqibə, zorakılığa və deportasiyaya məruz qalıblar. Onların evləri dağıdılıb, mülkləri talan olunub, bu etnik təmizləmə zamanı dinc, günahsız azərbaycanlılar amansızcasına qətlə yetirilib. Bu soyqırım və kütləvi deportasiya aktları nəticəsində Ermənistan faktiki olaraq monoetnik dövlətə çevrilib. Hazırda Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmayıb. Beynəlxalq təşkilatlar bu faktı təsdiqləsə də, ABŞ Konqresində bu mövzuya dair nə siyasi təşəbbüs, nə də humanitar reaksiya müşahidə olunur. Halbuki eyni prinsiplərlə çıxış edən konqresmenlər, əgər həqiqətən ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqidirlərsə, həmin 300 min azərbaycanlının da geri dönüş hüququnu dəstəkləməli idilər. Bu ikili standart yanaşma təkcə Azərbaycanın haqlı narahatlığını artırmır, eyni zamanda beynəlxalq hüququn nüfuzuna da ciddi zərbə vurur. Əgər insan hüquqları selektiv tətbiq olunursa, bu, artıq hüquq deyil, siyasi alətə çevrilmiş yanaşmadır. Ədalətli sülh isə yalnız hər iki tərəfin hüquqlarının tanınması və bərabər səviyyədə müdafiəsi ilə mümkündür. ABŞ Konqresinin bəzi üzvlərinin Ermənistanın təbliğat tezisləri ilə səsləşən bu müraciəti, sülh prosesinə töhfə vermək əvəzinə, regionda revanşizmə dəstək və suverenliyə müdaxilə kimi qiymətləndirilə bilər. Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və bu ərazidə baş verən proseslər yalnız Azərbaycanın daxili hüquqi çərçivəsində tənzimlənə bilər. Sülh və təhlükəsizlik yalnız beynəlxalq hüququn real əsaslara söykənən tətbiqi ilə mümkündür. Bütün beynəlxalq aktorlar bu prinsiplərə hörmətlə yanaşmalı və ikili standartlardan imtina etməlidirlər.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see171

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see138

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see134

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see131

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see130

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see128

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see127

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri