Konris Maynard: Qlobal emissiyalar Karib dənizi bölgəsində yerləşən ada dövlətlərinə ciddi zərər vurur
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Karib dənizi bölgəsində yerləşən ada dövlətlərinin qlobal emissiyalardakı payı 1 %-dən az olsa da, bu emissiyalar onların ərazilərinə ciddi zərər vurur.
“Report” xəbər verir ki, bu barədə Sent-Kits və Nevisin informasiya, rabitə və texnologiyalar naziri Konris Maynard COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada çıxışında bildirib.
“Bir tərəfdən su basqınları baş verir, digər tərəfdən isə səhralaşma prosesi gedir. Enerji səmərəliliyi, "yaşıl rəqəmsallaşma" və yeni texnologiyalar vasitəsilə biz daha dayanıqlı proseslərə nail olmağa çalışırıq. Rəqəmsal infrastrukturun qurulması istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək. Bu addımlar texnologiyaların səmərəli və düzgün istifadəsini təmin edəcək”, - deyə o qeyd edib.
Nazir, həmçinin, “Yaşıl Rəqəmsal Bəyannamə” haqqında danışaraq, sənədin əsasını əməkdaşlıq, bilik mübadiləsi və təcrübə paylaşımının təşkil etdiyini vurğulayıb: “Bu bəyannamə ümumi bilik və bacarıqların artırılmasını təmin etməklə yanaşı, iqtisadi dayanıqlığın gücləndirilməsinə də töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 16 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















