Konsaltinq şirkəti: Qlobal enerji keçidi sürətlə baş vermir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İzləmələr onu göstərir ki, qlobal enerji keçidi kifayət qədər sürətlə baş vermir.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edərkən "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin direktoru İan Simm deyib.
"Son bir il ərzində bizə aydın oldu ki, enerji keçidi hədəf tarixlərdə xalis sıfıra çatmaq üçün kifayət qədər sürətlə baş vermir", - İan Simm qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar şirkət son bir ildə öz proqnozlarına əlavə gecikmiş enerji keçidi ssenarisini əlavə edib (5 il gecikmə ilə - red.).
"Bu ssenarinin qısa xülasəsi - daha uzun müddət ərzində daha yüksək istehsal və tələbat göstəriciləridi", - İan Simm əlavə edib.


