Konsertdə halı pisləşib yıxıldı
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli arabesk ifaçısı Hakkı Bulut səhnə aldığı məkanda qəfil halı pisləşərək yerə yıxılıb.
Axşam.az xəbər verir ki, 81 yaşlı sənətçi İstanbulun Beylikdüzü rayonunda restoranda mahnı ifa etdiyi zaman özünü pis hiss edib. Məkanda ona ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb.
Sənətçinin meneceri İrfan Gün “Milliyet.com.tr”yə açıqlamasında onun səhhəti ilə bağlı məlumat verib. O, Hakkı Bulutun vəziyyətinin yaxşı olduğunu bildirib:
“Heç bir problem yoxdur, sadəcə qan təzyiqi yüksəlib. Hazırda vəziyyəti yaxşıdır. Xəstəxanadan evə buraxılmasını gözləyirik”.
Qeyd edək ki, Hakkı Bulut 2024-cü ildə də Tokatda konsertdən əvvəl səhhətində problem yaşayıb. Həmin vaxt qan təzyiqi yüksələn sənətçi təcili tibbi yardım əməkdaşları tərəfindən Tokat Dövlət Xəstəxanasına aparılıb. Müalicədən sonra qısa müddətdə evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















