Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Konseysao “Milan”ı hara aparır?

Konseysao “Milan”ı hara aparır?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

A seriyasında ardıcıl 3-cü dəfə uduzmasından sonra “Milan”ın mövsümü Çempionlar Liqasına (ÇL) sonuncu vəsiqəni verən 4-cü yeri tutmaq ehtimalı bir qədər də azaldı.

İtaliya nəhəngi indi ölkə çempionatında bu yerə sahib olan “Yuventus”dan 11 xal geri qalır. Başqa sözlə, Serjio Konseysaonun baş məşqçi vəzifəsinə təyinatı nəticələr planında heç də müsbət effekt vermir. Nəzərə alaq ki, komanda ÇL-də mübarizəni 1/8 finaldan əvvəlki mərhələdə - pley-offda dayandırıb.
Debüt əla alınmışdı
Halbuki ötən ilin son günlərindən birində qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən portuqaliyalı Paulu Fonsekanın yerinə təyinat alan həmyerlisi Konseysaonun “Milan”dakı debütü əla alınmışdı. Komanda yanvarın əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən oyunlarda “Yuventus”a 2:1, “İnter”ə 3:2 hesabıyla qalib gəlməklə ölkə superkubokuna sahib olmuşdu. Xüsusilə qeyd edək ki, Konseysao “Milan”ın baş məşqçisi kimi ikinci oyununda titul qazanmışdı. O, 1929/30 mövsümündən sonra komandaya daha az matçda başçılıq etməklə kuboka yiyələnən məşqçi kimi tarixə düşmüşdü. Bu planda əvvəlki rekord 2016-cı ildə baş məşqçi kimi 18-ci oyununda ölkə superkubokunu qazanan Vinçentso Montellaya məxsus idi. Onu da yada salaq ki, Konseysao komandasının uğurunu maraqlı şəkildə qeyd etmiş, 50 yaşlı portuqaliyalı mütəxəssis matçdan sonra paltardəyişmə otağında siqar çəkərək futbolçularla rəqs etmişdi...
Amma yalnız iki oyundan ibarət olan İtaliya Superkubokundakı zəfər milanlıların cari mövsümdəki problemlərini əsla ört-basdır edə bilmədi. Konseysaonun A seriyasındakı debütü “Kalyari” ilə oyuna təsadüf etdi və matç 1:1 hesabıyla nəticələndi. “Komo” üzərində çətinliklə qazanılan qələbədən (2:1) sonra “Yuventus”a məğlubiyyət (0:2) oyun planında çətinliklərin davam etdiyini əyani şəkildə göstərdi. Sonra ÇL-in liqa mərhələsində “Jirona” üzərində qələbə 1:0 Zaqreb “Dinamo”suna məğlubiyyətlə (1:2) müşayiət olundu və komanda əsas mərhələni 8 oyuna 15 xalla 13-cü yerdə başa vurdu. Pley-offda isə “Feyenoord”a iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən məğlubiyyət və avrokubokla vidalaşma qaçılmaz oldu.
Halbuki Fonsekalı “Milan” ÇL-in liqa mərhələsində 6-cı turdan sonra 12 xal toplamaqla ilk 8 yerdən birini tutmaq üçün əla şansa malik idi. A seriyasında 18-ci turdan sonra 17 oyuna 27 xalla 8-ci yerdə olan “qırmızı-qaralar” indiki baş məşqçisi ilə 27 oyuna 41 xalla 9-cu pillədədilər. Deməli, məşqçi dəyişikliyinin komandaya elə bir xeyri dəyməyib.
Futbolçular Konseysaoya “torba tikirlər”?
Yanvarda “Milan”ı dörd oyunçu tərk etdi: müdafiəçi Davide Kalabriya “Bolonya”ya, yarımmüdafiəçi İsmael Bennaser “Marsel”ə, hücumçular Alvaro Morata “Qalatasaray”a, Noa Okafor isə “Napoli”yə icarəyə verildi. Rəhbərlik inadla Yussuf Fofananı “Tottenhem”ə göndərməyə çalışsa da, fransalı yarımmüdafiəçi qətiyyətlə buna razılaşmadı. Komandaya isə müdafiəçi Kayl Uoker (Mançester Siti) və üç hücumçu – Santyaqo Ximenes (Feyenoord), Joao Feliş (Çelsi) ilə Rikkardo Sottil (Fiorentina) gətirildi. İddiaya əsasən, Morata ilə Kalabriya baş məşqçi ilə oyun planında ciddi fikir ayrılığına görə göndərilib. Onların məşqdə Konseysao ilə əməlli-başlı mübahisə etdikləri deyilir. Ən pisi odu ki, belə vəziyyətin davam etdiyi də iddia olunur. Komandanın hücum xəttinin ən vacib oyunçusu sayılan Kristian Pulişiç ilə Fofananın da çalışdırıcı ilə söz savaşına çıxdığı söylənilir. İddiaya əsasən, bu hadisə komanda ÇL-də mübarizəni dayandırandan sonra baş verib. O da deyilir ki, Konseysao məhz buna cavab olaraq Kristianı “Bolonya” ilə oyunda start heyətində meydana buraxmamaqla cəzalandırıb.
Ümumiyyətlə, əksər oyunçuların portuqaliyalıdan narazı olduqları da iddia edilir. Bunun əsas səbəblərindən biri baş məşqçinin onlarla çox sərt davranması göstərilir. İstər-istəməz ağla bu fikir gəlir: bəlkə futbolçular Konseysaoya “torba tikirlər”?..
Baş məşqçi istefa verməyəcək, amma...
Baş məşqçi fevralın 27-də A seriyasında 9-cu turdan təxirə salınan oyunda “Bolonya”ya 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərə belə demişdi:

“Mənim “Portu”dakı fəaliyyətim öz sözünü deyir. Burda problem mənimlə bağlıdısa, gedə bilərəm, rəhbərlikdən müqavilə ilə mənə çatmalı olan puldan da imtina edərəm. Mən bura təsadüfən gəlməmişəm”.


Göründüyü kimi, baş məşqçi istənilən an istefaya yollana biləcəyini deyir. Amma komandanın martın 2-də “Latsio”ya eynihesablı məğlubiyyətindən sonra bu addımı atmayacağını bildirib: “Məşqçilik karyeramda heç vaxt məşq prosesində belə atmosferlə üzləşməmişəm. Komanda hərdən topla davranmağı və dəqiq ötürmə etməyi bacarmır, amma xarakter nümayiş etdirir. Onlar azlıqda oynayaraq hesabı bərabərləşdirdilər, hətta qələbəni də təmin edə bilərdilər, amma son saniyələrdə penaltiyə şərait yaratdıq və uduzduq... Bu vəziyyətdən yeganə çıxış yolu təmsil etdiyimiz rənglər uğrunda mübarizə aparmaqdı. Başa düşmək lazımdı ki, belə çətin vəziyyətdə meydana çıxanda nəyisə idarə etmək daha da çətinləşir. Biz bunun üzərində işləyirik. Komandada texniki cəhətdən güclü futbolçuların olduğuna inanıram. İstefa verməyi düşünürəm? Məni maraqlandıran odu ki, matçdan sonra futbolçuların məyusluğunu görməyim. Bu komandada daha çox işləməyə hazıram. Ona görə də istefa vermək fikrində deyiləm”.
Konseysao öz xoşu ilə getmək istəməsə də, rəhbərlik artıq ona xələf axtarışına başlayıb. Yerli mənbələr mövsümün sonunda onunla yolların hansısa vasitə ilə ayrılmaq ehtimalını çox yüksək dəyərləndirir. “Qazzetta dello Sport”un yazdığına görə hazırda “Komo”nu çalışdıran Fransesk Fabreqas baş məşqçi postuna əsas namizəddi. Konseysaonun yerini hazırda işsiz olan Mauritsio Sarri ilə “Marsel”i çalışdıran Roberto De Zerbi də tuta bilər.
Yeri gəlmişkən...
“Milan”ın ultrası oyunçuları və rəhbərliyi tənqid edən bəyanat yayıb. Fanatların birliyi sayılan “Curva Sud Milano” A seriyasının “Latsio” ilə oyunundan əvvəl etiraz aksiyalarının anonsunu verib və rəhbərliyi klubun strukturunda dəyişikliklər etməyə çağırıb. Ultras klubun transfer bazarında yanvarda deyil, ötən yay fəallıq göstərməli olduğunu qeyd edib. Bu səbəbdən komandanın əsas hədəflərindən artıq mövsümün ilk dövrəsində uzaq düşdüyü vurğulanıb. Ən maraqlısı isə ultrasın bundan sonra matçlara yalnız 15-ci dəqiqədən sonra gəlmək qərarını verməsidi.
Reaksiya
Paolo Di Kanio, “Milan”ın sabiq hücumçusu:

“Konseysao komandadakı vəziyyəti düzəldə biləcək? Həyatda hər cür hadisə baş verə bilər, amma “Milan”da vəziyyətin yaxşıya doğru dəyişməsi, demək olar ki, mümkün deyil. Mövcud durumu tamamilə sərbəst şəkildə eniş adlandırıram. Vacib və doğru addımlar atılmayacağı halda bu enişin davam etməyəcəyinə inanmaq çətindi”.


Konseysaolu “Milan”ın nəticələri
turnir rəqib hesab
İtaliya Superkuboku Yuventus 2:1
İtaliya Superkuboku İnter 3:2
İtaliya çempionatı Kalyari 1:1
İtaliya çempionatı Komo 2:1
İtaliya çempionatı Yuventus 0:2
Çempionlar Liqası Jirona 1:0
İtaliya çempionatı Parma 3:2
Çempionlar Liqası Dinamo Z 1:2
İtaliya çempionatı İnter 1:1
İtaliya kuboku Roma 3:1
İtaliya çempionatı Empoli 2:0
Çempionlar Liqası Feyenoord 0:1
İtaliya çempionatı Verona 1:0
Çempionlar Liqası Feyenoord 1:1
İtaliya çempionatı Torino 1:2
İtaliya çempionatı Bolonya 1:2
İtaliya çempionatı Latsio 1:2
RAMİL YUSİFOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see515

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see338

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see271

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see261

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see257

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see253

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see243

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see236

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see219

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see216

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see212

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see208

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see204

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see204

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see197

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see196

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see196

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see193

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see189

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri