Icma.az
close
up
RU
Konstitusiya dəyişəcək,yoxsa yox? İrəvanda da bu suala cavab axtarırlar

Konstitusiya dəyişəcək,yoxsa yox? İrəvanda da bu suala cavab axtarırlar

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məncə, Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı müəyyən problemlər var”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan jurnalistlərə açıqlamasında belə deyib. 

“Baş nazir Nikol Paşinyanın “"Müstəqillik Bəyannaməsinin məzmununa görə,  Ermənistan Respublikası mövcud ola bilməz” fikrini bölüşürsünüzmü?” sualına A.Harutyunyan müsbət cavab verib. 

Xatırladaq ki, N.Paşinyan 2024-cü ilin noyabr ayında belə bir qənaətə  gəlmişdi:

“Müstəqillik Bəyannaməsinin məzmununa əsasən Ermənistan Respublikasının mövcud ola bilməyəcəyi qənaətinə gəlmişəm. Bu isə bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə real  Ermənistanın nə olması məsələsi belədir: Real Ermənistanın vətəndaşı bu ölkədən kənarda vətən və dövlət axtarmayandır. Çünki o, öz vətənini - Ermənistan Respublikasını axtarıb, axtarıb, axtarıb və tapıb”,-deyə Paşinyan bildirib.

Arayik Harutunyanın açıqlaması Ermənistanın yeni konstitusiyasından Müstəqillik Bəyannəməsinə istinad hissəsinin, yəni preambulanın çıxarılacağını deməyə əsas verir. Bunu Nikol Paşinyanın fikirləri də sübut edir. Çünki Paşinyan Müstəqillik Bəyannaməsi və konstitusiyanın preambulasını özünün “Real Ermənistan” adlanan siyasi konsepsiyasına zidd hesab edir. Paşinyan hakimiyyəti “real Ermənistan” dedikdə hazırkı Ermənistan Respublikasını nəzərdə tutur.

Müstəqillik Bəyannaməsinin preambula hissəsində isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul edilmiş qərara istinad edilir. Ermənistan Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayəti Milli Şurasının birlikdə çıxartdığı həmin qanunsuz qərarla Ermənistanın sərhədlərinə Azərbaycan əraziləri də daxil edilib.

Eləcə də, Müstəqillik Bəyannaməsinin 11-ci bəndində “Qərbi Ermənistan” ifadəsi var. Bu isə Türkiyənin altı vilayətinə ərazi iddiasını nəzərədə tutmaqla yanaşı, Ermənistan Respublikası ifadəsi ilə ziddiyyət təşkil edir. Yəni Paşinyan həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını real Ermənistana zidd hesab edir. Ona görə də konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılacağı ehtimalı artır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri