Icma.az
close
up
RU
Konstitusiya dəyişikliyi gündəmdə Milli Məclisdə referendum müzakirəsi

Konstitusiya dəyişikliyi gündəmdə Milli Məclisdə referendum müzakirəsi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir“.

Bakupost.az xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov deyib ki, hər bir xalqın müstəqil suveren dövlət qurmaq arzusudur: “Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991-1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlılarının konstitusion səviyyədə təsbit olunması idi.

İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri