Icma.az
close
up
RU
Konstitusiya hər bir dövlətin təməl sütünunu təşkil edir Baş prokuror

Konstitusiya hər bir dövlətin təməl sütünunu təşkil edir Baş prokuror

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də referendumla demək olar ki, bütün Azərbaycan xalqının səs çoxluğu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız bu gün də dövlətçiliyimizin əsas dayağıdır. Şübhəsizdir ki, Konstitusiya əsas qanun olmaqla hər bir dövlətin təməl sütünunu təşkil edir. Bizim hazırda 30 illiyini qeyd etdiyimiz bu Konstitusiya da suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsinin, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinin, beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının möhkəm hüquqi əsasıdır.

Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

Kamran Əliyev qeyd edib ki, Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir:"Xüsusi qeyd etməliyəm ki, Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olub, iqtisadiyyata, ətraf mühitə, tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulub. Bu faktlar istintaqı aparılmış və hazırda məhkəmə baxışında olan erməniəsilli şəxslərin təqsirləndirilməsinə dair cinayət işində də görünür. Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olan Qarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib və Azərbaycan dövlətinin suverenliyi tam bərpa olunmaqla Konstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamil edilib. Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 2024- cü ilin 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır".

Baş prokuror xatırladıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, ağıllı kəndlər və şəhərlər salınıb, yeni iş yerləri, istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndi şəhərində Qarabağ Universiteti təsis edilib:" Bu proses intensiv şəkildə davam etdirilməkdədir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində ümumilikdə 15 min nəfərdən çox keçmiş məcburi köçkün doğma torpaqlarına geri qayıdıb. Qeyd edilən quruculuq və bərpa işləri heç bir xarici dövlətin və ya təşkilatın dəstəyi olmadan qüdrətli Azərbaycan dövlətinin hesabına həyata keçirilir. Təbii ki, dövlətimizin başçısı tərəfindən aparılan siyasət, habelə ölkədə insan kapitalının düzgün idarəedilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir, neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sənayəsinin əhəmiyyətli inkişafı təmin edilir ki, təbii olaraq bunun nəticəsində də cəmiyyətimiz inkişaf edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri