Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin iki maddəsini şərh etdi

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin iki maddəsini şərh etdi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 23-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Moderator.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatına əsasən, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu üzrə qərar qəbul edilib.

Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır.

Konstitusiya Məhkəməsi öz Qərarında vurğulayır ki, “az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.

Eyni zamanda qeyd olunur ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.

Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).

Konstitusiya Məhkəməsi qeyd edir ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri