Konstitusiya Məhkəməsi prezident və müxalifətin tələbini rədd etdi
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və müxalifətin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını qəbul etməyib.
Bu barədə “Sputnik Gürcüstan”ın məlumatında bildirilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabr tarixli parlament seçkiləri nəticəsində qanunverici orqandakı 150 yer aşağıdakı kimi bölüşdürülüb:
“Gürcü Arzusu” – 89 yer;
"Dəyişiklik Koalisiyası" – 19 yer;
“Birlik – milli hərəkat” – 16 yer;
“Güclü Gürcüstan” – 14 yer;
“Gürcüstan üçün” – 12 yer.
Müxalifət bu nəticələrə etiraz əlaməti olaraq parlamenti boykot edib. Prezidnt Salome Zurabişvili də müxalifəti dəstəkləyib.
Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də hakim “Gürcü arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















