Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsində Ümummilli Liderlə bağlı konfrans

Konstitusiya Məhkəməsində Ümummilli Liderlə bağlı konfrans

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 7-də Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası: müasir hüquqi dövlətçiliyinin təməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.

Sədr Azərbaycan tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bilavasitə bağlı olduğunu, görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Ulu Öndər Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü daxili və xarici siyasətin, ordu quruculuğu strategiyasının müasir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, torpaqlarımızın uzun illər davam edən işğalına son qoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət və beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaradaraq Konstitusiyanın hüquqi qüvvəsini və vətəndaşların konstitusiya hüquqlarının bərpasını işğaldan azad edilmiş torpaqlarımızda təmin etdi.

Vurğulanıb ki, 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Rəşadətli Ordumuz dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bununla bağlı, ölkədə bir sıra tədbirlər keçirilməkdədir. Həmçinin, Konstitusiya Məhkəməsi tərəfindən bu il bir sıra tədbirlərlə yanaşı iyul ayında Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmiş beynəlxalq konfrans təşkil ediləcək. 

Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri  iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.

Daha sonra Konfransın praktiki hissəsində müxtəlif  hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq, bu gün onun siyasi varisi Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrə imza ataraq məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfli inkişaf edərək zəfərdən-zəfərə doğru addımlayır. Konstitusiya Məhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev aprelin 25-də Bakı şəhərinin Qaradağ rayonunun orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Konstitusiya və Suvenrenlik İli” hüquq olimpiadasının qaliblərinə mükafatlar təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri