Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə göndərilib
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
Report xəbər verir ki, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda, prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Aprel 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















