Icma.az
close
up
RU
Konstitusiya tariximizə dair gənc alimlərin dəyirmi masası

Konstitusiya tariximizə dair gənc alimlərin dəyirmi masası

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Gəncədə  “Azərbaycan Konstitusiyası. Tarix və digər ölkələrin konstitusiyaları ilə müqayisə” mövzusunda  dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.

AMEA-nın Gəncə Bölməsində keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açarkən, AMEA-nın  Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünki tədbirin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı, cənab Prezident  İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin, eləcə də dövlətimizin Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr  düşdüyünü bildirib. O, həmçinin əksərən gənc tədqiqatçıların iştirak etdiyi dəyirmi masanın proqramındakı mövzularda konstitusiya quruculuğu məsələlərində tarixi təcrübənin və dünya praktikasının nəzərə alındığını və bunun təqdirəlayiq hal olduğunu qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Osmanlı və Səfəvilərin hüquqi idarəçiliyində müqayisə”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Orta əsr Azərbaycan dövlətlərində hüquqi idarəçilik və konstitusiya əvəzedici prinsiplər”, Diyarşünaslıq İnstitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva ”Səlcuqlar və Atabəylərdə dövlət idarəçiliyi”, Tarix şöbəsnin kiçik elmi işçisi Yasin Alməmmədov “Azərbaycan Konstitusiyasının formalaşma mərhələləri”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Azərbaycan Xalq Cümhuriyyətinin və Şərq ölkələrinin konstitusion təcrübəsi”, Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Xalq Cümhuriyyətimizin Konstitusiyası layihəsi. Avropa ölkələri ilə müqayisə”, Elm və Təhsil Nazirliyinin Bioresurslar  İnstitutunun əməkdaşlaından Zərifə Yusubova “Müasir Azərbaycan Konstitusiyası və beynəlxalq müqayisə” və kiçik elmi işçi Naimə Məhərrəmova “Azərbaycan Konstitusiyasının gələcək inkişaf perspektivləri” mövzularında çıxış ediblər.

Çıxışlar ətrafında aparılan müzakirələr zamanı müasir ziddiyyətli dünyanın çağırışlarına hazırlıqlı olmaq baxımından, cəmiyyətimizin həmrəyliyi, xüsusən gənc nəslin siyasi yetkinliyi məsələlərinin daim diqqətdə saxlanılmasıın vacibliyi vurğulanıb.

Zakir Muradov, Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadının dəyişimi hamını şoka saldı VİDEO

29 Oktyabr 2025 19:54see220

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see192

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see132

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see122

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see121

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see118

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri