Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli”: Müstəqillikdən güc alan dövlətçilik

“Konstitusiya və Suverenlik İli”: Müstəqillikdən güc alan dövlətçilik

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müstəqillik hər bir xalqın ən böyük arzusu, dövlətçiliyin isə təməl daşıdır. Dövlət müstəqilliyini əldə etməklə yalnız siyasi azadlıq qazanmır, həm də öz gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanı əldə edir. Müstəqilliyin verdiyi imkanlar sayəsində dövlət suverenliyini möhkəmləndirir, daxildə xalqın iradəsinə söykənən idarəçilik qurur, xaricdə isə bərabərhüquqlu tərəfdaş kimi mövqeyini gücləndirir. Müstəqillikdən güc alan dövlətçilik onun suverenliyinin, xalqının milli kimliyinin, ərazi bütövlüyünün və gələcək nəsillərinin azadlığının təminatıdır.

Müstəqillik dövlətin sərbəst yaşamaq, öz taleyini özü müəyyən etmək haqqıdır. Lakin müstəqillik yalnız suverenliklə möhkəmlənir. Biz müstəqilliyimizi qorumaqla əslində suverenliyimizi gücləndiririk. Güclü dövlətçilik yalnız siyasi atributlarla deyil, həm də milli ruh, iqtisadi dayanıqlılıq, mədəni dəyərlərin qorunması, hüquqi və ədalətli idarəetmə ilə möhkəmlənir, güclənir. Bu güc isə xalqın birliyi və dövlətə bağlılığı ilə daim artmaqda davam edir. Güclü dövlətçilik həm də müstəqil məhkəmə, qanunun aliliyi və vətəndaşların hüquqlarının qorunması ilə təmin olunur.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı və daima yeniliklər etdiyi islahatlardan biri də hüquqi islahatlardır. Həmin islahatlar öncə Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 12 noyabr 1995-ci il ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının və həmin konstitusiyanın ruhuna uyğun olaraq demokratik, dünyəvi qanunların, məcəllələrin prinsiplərini özündə əks etdirən qanunların qəbul edilməsidir. Bu gün hüquq-mühafizə orqanlarının, hakimlərin, vəkillərin, mülki hüquq subyektlərinin gündəlik stolüstü kitabları olan məcəllələrimiz, qanunlarımız məhz Ulu Öndərin apardığı qətiyyətli hüquq islahatları nəticəsində sovet ruhundan xilas olaraq milli, müasir dövrün tələblərinə cavab verir. Vətəni, xalqı, dövlətçilik qarşısında misilsiz xidmətlərinə görədir ki, hər il 10 may tarixində xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olması yüksək təntənə ilə qeyd edilir. Bu il – “Konstitusiya və Suverenlik İli” ndə isə dahi liderin anadan olmasının 102-ci ili tamam olur. Ulu Öndərin anadan olduğu günü ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir.

Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin təmini sahəsində gördüyü işlər və həyata keçirilən kompleks məhkəmə-hüquq islahatları nəticəsində insan hüquqlarının qorunması sahəsində qanunvericiliyə edilmiş mühüm dəyişikliklərin səmərəliliyi bütün bunların bariz nümunəsidir.

Mənfur erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. 44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Vətən müharibəsində tarixi qələbənin davamı olaraq 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.  Prezidentin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman, necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.

Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra məhkəmə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu müddətdə qanunvericilik əsaslı surətdə yenilənmiş, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.

Cənab İlham Əliyevin prezidentliyi dövründə məhkəmə işçilərinin məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Məhkəmə işçiləri öz fəaliyyətlərində dövlət başçısının qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə məhkəmə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır.

Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar davam etdirilmişdir. Belə ki, regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir. 2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı ümumilikdə 6 olmuş, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.

Eyni zamanda, məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən ölkəmizin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Hələ 21 oktyabr 2005-ci il tarixdə qəbul edilən “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2011-ci il 1 yanvar tarixindən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır.

İslahatlar həyata keçirilərkən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması nəzərə alınaraq əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə orada da yeni məhkəmələr təsis olunmuş, Muxtar Respublikanın Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri almışdır.

Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Belə ki, həmin fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır. Həmin məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Bir sözlə, məhkəmə sistemi islahatlar yolu ilə müasirləşir. Bütün bunlar isə müstəqillikdən güc alan dövlətçiliyin təzahürüdür.

“Konstitusiya və Suverenlik İli”ndə qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə məhkəmə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə və Ordumuza sonsuz minnətdarlıq və ehtiram hissi keçirir. Əminik ki, “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq.

Tağı Qənbərov,
Tərtər Hərbi Məhkəməsinin hakimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri