Icma.az
close
up
RU
Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... TƏHLİL

Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... TƏHLİL

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir.

O bildirib ki, hər bir xalqın müstəqil, suveren dövlət qurmaq arzusu var.

Sitat: “Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991–1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit olunması idi. İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”

Ziyafət Əsgərovun konfransda dedikləri diqqət çəkir. Xüsusilə də bir müddətdir ictimaiyyətdə gedən Konstitusiya referendumu mövzusu yenidən aktuallaşır. Məsələ ondadır ki, Azərbaycanın qarşısında duran yeni geosiyasi, hüquqi və təhlükəsizlik çağırışları, xüsusilə də post-münaqişə dövründə formalaşan yeni reallıqlar artıq Konstitusiya səviyyəsində cavablandırılmalıdır. Bu, ilk növbədə ondan xəbər verir ki, dövlətin hüquqi bazasının, xüsusən də Konstitusiyanın hazırkı reallıqlara tam cavab verməsi məsələsi gündəmdədir.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi təkcə hərbi-siyasi qələbə deyil, həm də hüquqi müstəvidə yeni mərhələnin başlanğıcı oldu. Bu yeni mərhələdə dövlətin idarəetmə sistemi, ərazi idarəçiliyi, insan hüquqları, milli azlıqların statusu və digər məsələlər artıq daha dərindən tənzimlənməlidir. Mövcud Konstitusiya bu məsələlərə toxunsa da, yeni dövrün spesifik xüsusiyyətlərinə tam uyğun deyil. Bu isə Konstitusiya dəyişikliyinin zəruriliyini ortaya qoyur.

Eyni zamanda, Ermənistanla davam edən uğurlu sülh prosesi fonunda müəyyən addımların atılması zərurəti yarana bilər. İstər sərhədlərin tanınması, istər yeni regional əməkdaşlıq mexanizmləri kimi məsələlər hüquqi əsas tələb edir.

Düzdür, Əsgərovun çıxışında referendum birbaşa qeyd olunmasa da, “Konstitusiya səviyyəsində cavab verilməlidir” ifadəsi çox açıq şəkildə hüquqi mexanizmlərin, xüsusilə də dəyişikliklərin gündəmdə olduğunu göstərir.

Azərbaycanda Konstitusiyaya dəyişikliklər yalnız referendum yolu ilə həyata keçirilə bilər. Bu baxımdan, əgər dəyişiklik ehtiyacı siyasi səviyyədə rəsmiləşərsə, referendumun keçirilməsi yüksək ehtimaldır. Bura həm suverenliklə bağlı müddəaların möhkəmləndirilməsi, həm də post-münaqişə dövrünün yeni idarəetmə və hüquqi reallıqları daxil edilə bilər.

Yəni nəticə etibarilə, bu çıxış birbaşa referendumun elan olunması deyil, amma ciddi şəkildə ona hazırlıq siqnalı kimi qəbul oluna bilər.

Turan Rzayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri