Icma.az
close
up
RU
Konsulluqlarla bağlı qaydalar dəyişir

Konsulluqlarla bağlı qaydalar dəyişir

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məsələ Azərbaycanın Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycanın Konstitusiyasını, Azərbaycanın və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycanın Qanununu, bu Nizamnaməni və Azərbaycanın digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycanın və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri