Icma.az
close
up
RU
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb Açıqlama

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb Açıqlama

Icma.az, Mia.az saytına istinadən bildirir.

“Kontakt Home” mağazalar şəbəkəsindən alınan məhsullarla bağlı şikayətlər səngimək bilmir. Redaksiyamıza daxil olan müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tez-tez məhsulların qüsurlu olduğunu, geri qaytarılmanın isə mümkün olmadığını bildirirlər.

Mia.az bakupost.az-a istinadlaxəbər verir ki, şikayət edənlərdən biri də bloger Aygün Qabulovadır. O, sosial şəbəkə hesabında “Kontakt Home”dan aldığı məhsulla bağlı narazılığını ifadə edərək bildirib ki, ötən həftənin cümə günü mağazadan fen alarkən məhsulu yoxlamağa icazə verilməyib. Satıcı isə problem yaranacağı təqdirdə məhsulun geri qaytarılacağını vəd edib:

“Feni evdə işə salanda yanıq qoxusu gəldi, eyni zamanda cızıltılı səs eşidildi. Ertəsi gün məhsulu geri qaytarmaq üçün apardım, amma dedilər ki, bu mümkün deyil, çünki gigiyenik məhsuldur. İlk dəfədir eşidirəm ki, fen gigiyenik məhsul sayılır. Əgər belədirsə, bu barədə satış zamanı məlumat verilməli idi. Nə məlumat verilib, nə də çekdə qeyd olunub.

‘Kontakt Home’un özbaşınalıqları ilə bağlı çox video görmüşdüm, amma bunun mənim başıma gələcəyini düşünmürdüm”.

Bloger qeyd edib ki, məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib və hazırda cavab gözləyir.

Mövzu ilə bağlıBakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, uzun illərdir bu şirkətlə bağlı şikayətlər davam edir:

“Artıq 10 ilə yaxındır ki, “Kontakt Home”dan çoxsaylı şikayətlər daxil olur. Onların iş prinsipi belədir: “Pulunu verdin, sonra məsuliyyət yoxdur”. Aqressiv və bəzən aldadıcı reklam kampaniyaları aparırlar – məsələn, “Başqa yerdə ucuz tapsan, 50 faiz endirim edəcəyik” kimi şüarlar.

Təəssüf ki, bizə daxil olan şikayətlərin təxminən 80 faizini danışıqlar yolu ilə həll edə bilirik, amma “Kontakt Home”la bağlı problemləri demək olar ki, həll etmək mümkün olmur. Rəhbərliyə müraciətlərimiz cavabsız qalır”.

E.Hüseynovun sözlərinə görə, bəzi hallarda istehlakçılar “gigiyenik məhsul” adı altında aldadılır:

“Nazirlər Kabinetinin 114 saylı qərarında dəyişdirilməyən malların siyahısı var. Fen bu siyahıya daxil deyil. Yəni belə məhsulların qaytarılması və ya dəyişdirilməsi mümkündür. Burada açıq manipulyasiya var”.

Ekspert həmçinin Antiinhisar qurumunun fəaliyyətini də tənqid edib:

“Şikayətlər adətən quruma yönləndirilir, amma nəticədə vətəndaşlara “məhkəməyə müraciət edin” deyilir. Bu isə ən qeyri-effektiv və bürokratik yanaşmadır. Problem sistemli şəkildə həll olunmalıdır”.

E.Hüseynov əlavə edib ki, “Music Gallery” mağazası “Kontakt Home” tərəfindən alındıqdan sonra həmin brendlə bağlı da şikayətlər artmağa başlayıb. Onun sözlərinə görə, şirkətdə standartlara uyğun olmayan məhsulların satılması və geri qaytarılmanın mümkünsüzlüyü ciddi problem olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Aprel 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri